Yuxarı

Gəncədə ağır qəza: ölən və yaralanan var - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saat 7:00 radələrində Gəncə şəhəri Şah İsmayıl Xətai prospekti ilə Atatürk prospektinin kəsişməsində olümlə nəticələnən yol qəza hadisəsi baş verib.

Axar.az-ın Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, Gəncə sakini 30 yaşli Vüqar Qasımovun idarə etdiyi VAZ 2106 markalı avtomobillə Göygöl sakini 53 yaşli Surahi Həsənovun idarə etdiyi CHEVROLET markalı avtomobil toqquşub. Nəticədə VAZ - ın sürücüsü Vüqar Qasımov hadisə yerindəcə dünyasini dəyişib. Digər avtomobilin sürücüsü Sürahi Həsənov isə ağır dərəcəli xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Dünyasını dəyişən sürücünün meyitini avtomobildən çıxarmaq üçün hadisə yerinə FHN-nin xilas ediciləri də cəlb olunublar.

Onlar xüsusi alət və avadanlıqlardan istifadə etməklə meyiti avtomobildən çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

"Səhər saatlarında reanimasiya şöbəsinə avtoqəza nəticəsində bir nəfər xəstə daxil olub. Yaralının müxtəlif xəsarətləri var. Müayinə və müalicələr davam etdirilir. Vəziyyəti çox ağırdır", - həkim Şahin Quliyev bildirib.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Tarix
2014.11.08 / 09:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla