Yuxarı

Bölmədə özünü bıçaqladı, hiyləsi alınmadı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 12-də Bakı şəhər sakini İlqar Aslanov Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, həmin tarixdə saat 23 radələrində rayonun 20-ci sahə ərazisində əvvəllər məhkum olunmuş Anar Rəsulov tanımadığı digər şəxslə onun idarə etdiyi avtomobili saxladaraq küt alətlərlə onun avtomobilinə müxtəlif zədələr yetirib.

"Axar.az" Baş Prokurorluğun rəsmi saytına istinadən bildirir ki, bundan sonra yanvarın 18-də İ.Aslanov dostları ilə "Ləziz" kafesində olarkən A.Rəsulov yenidən digər şəxslərlə yaxınlaşaraq ona bıçaqla xəsarət yetirməyə cəhd göstərib, lakin dostlarının müdaxiləsi nəticəsində sonuncu öz niyyətinə nail ola bilməyib.

Yanvarın 21-də qeyd olunan xüsusatların araşdırılması məqsədilə A.Rəsulov 8-ci Polis Bölməsinə dəvət edilib və onun izahatı alınarkən məsuliyyətdən azad olmaq məqsədilə üstündə gəzdirdiyi bıçaqla özünə daxilə nüfuz etməyən xəsarət yetirib.

A.Rəsulova aldığı xəsarətlə bağlı ilkin tibbi yardım göstərilib.

Hazırda faktla bağlı Səbail rayon prokurorluğunda araşdırma aparılır.

Tarix
2014.01.23 / 18:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla