Yuxarı

Erməni diasporu Sarkisyan rejimi ilə əlaqələri kəsir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serj Sərkisyanın rəhbərlik etdiyi hökumət diaspora tərəfindən "fitə basılır" - bu yeni xəbər deyil.

Diasporaçılar "demokratik" və "sivil" sözlərinin antonimi olan "cinayətkar", "rüşvətxor", "mafioz", "tiran", "soyğunçu" kimi bir çox sözləri müntəzəm olaraq Sərkisyan rejiminin ünvanına səsləndirirlər. Bu hal hər dəfə yeni faktlarla təkrarlanmaqda davam edir.

Amerikada yaşayan ermənilərin ölkədəki hakim təbəqəyə qarşı bir ayrı nifrəti var. Əhalini inqilaba, üsyana çağıran məhz bu diasporaçılardır. Amerika erməniləri əhali ilə paralel bəzi həmkarlarını da Sərkisyan rejimi ilə körpüləri yandırmağa, onunla bütün əlaqələri kəsib maddi yardımı dayandırmağa səsləyirlər.

Bu yaxınlarda sözügdən diasporaçılar facebook sosial şəbəkəsində Ermənistanda planlaşdırılan yeni oyunu üzə çıxarıblar. Qeyd edirlər ki, məşhur Ermənistan Fondu ölkənin ucqar zonalarının birində iki ailəni yeni evlə təmin edəcəyini bildirib. Diasporaçılar fondun bu vədini boş söz adlandırıblar. Onların sözlərinə görə, fondun başında duranlar məhz Ermənistanı idarə edənlərdir.

"Bu korrupsionerlər hər il büdcədən kisələrlə pul oğurlayırlar. Sonra da diasporaya yalvarıb yardım istəyirlər ki, taladıqları pulları kompensasiya etsinlər. Həmin iki ailəyə ev də verməz bunlar. Ev adı ilə daxmaya salarlar zavallı ailələri. Təəssüf ki, bizim bəzi diasporaçılar hələ də Sərkisyana inanırlar. Bu adama inanmaq olmaz, ona pul göndərməyi dayandırın!" - deyə səsini ucaldan diaspora Serj Sərkisyanı daha bir dəfə soyğunçuluq və yalançılıqda ittiham edib.

Serj Sərkisyan ölkə daxilində və xaricindəki ermənilər arasında sıfır nüfuz və maksimum nifrət qazanmaqla özünəməxsus siyasi portret yaradıb. Ermənilərsə bu portretə baxmaqdan imtina edirlər, çünki baxıb həzz almaq əvəzinə dişlərini qıcayırlar. Onların ən böyük istəklərindən biri Serj Sərkisyansız Ermənistanda yaşamaqdır.

Milli.az

Tarix
2014.08.15 / 15:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla