Yuxarı

Bir ailədə iki müəmmalı intihar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəmi bir neçə gün əvvəl toy çalınıb, gəlin köçürülən evdən ard-arda iki meyit çıxıb.

Yanvarın 12-si əslən Lerik rayonunda olan Təhməzovlar ailəsində toy-büsat idi. Ailənin böyük qızının toyu idi, onu gəlin aparırdılar. Evdən "Vağzalı" musiqisinin sədası kəsilməmiş gəlin yoxa çıxır. Az sonra ana, 3 gün keçməmiş gəlinin bacısı üçün yas mağarı qurulur...

Tükürpədən ailə faciəsi Xırdalan şəhərində yaşanıb. Milli.Az xəbər verir ki, yanvarın 22-də Xırdalanda 17 yaşı Bahar Təhməzova özünü dərmanla zəhərləyərək öldürüb.

Onun özünü öldürmə səbəbi tam məlum olmasa da, bu hadisəyə qədər ailədə baş verən hadisələrin ardıcıllığı bəzi qaranlıq məqamlara aydınlıq gətirir.

Əldə olunan məlumata görə, yanvarın 12-də Baharın böyük bacısı el adəti ilə gəlin köçür. Beş gün sonra bacısı evdən qaçır və axtarışa verilir.

Yanvarın 19-da polis tərəfindən tapılan həmin gəlin ata evinə gələrək baş verənlərdə anasını günahlandırır. Anasına onu sevmədiyi bir oğlana ərə verdiyini, bədbəxt olduğunu, həmin adamla yaşaya bilmədiyini deyir.

Böyük qızın "ana, niyə məni sevmədiyim insana verdin?" sualına valideyni cavab tapa bilmir. Cəmi bir neçə saat sonra ana özünü asır. Ananın cənazəsini aparıb Lerik rayonunda dəfn edib, 3 mərasimini verib Bakıya qayıdan ailədə növbəti vay qopur. Evin kiçik qızı, 17 yaşlı Bahar özünü dərmanla zəhərləyərək öldürür.

Hazırda ailə faciəsini Abşeron Rayon Prokurorluğu araşdırır. Prokurorluqdan bildirilib ki, hazırda istintaq aparılır. Ölümlərin səbəbinin hələ istintaqın sonunda müəyyənləşəcəyi deyilsə də, baş verənlər hər şeyi aydın göstərir... ("Aznews.az").

Tarix
2014.01.24 / 10:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla