Yuxarı

Müxalifət hakimiyyətlə danışıqlardan imtina etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyevdə "Avromeydan" iştirakçıları yanvarın 24-nə keçən gecə Qruşevski küçəsində qarşıdurmanın davam etdirilməsinə səs veriblər.

"Axar.az" APA-ya istinadən məlumat verir ki, bu barədə UNİAN xəbər agentliyi məlumat yayıb. Məlumata görə, "Azadlıq" partiyasının lideri Oleq Tyaqnibok meydanda toplaşan etirazçılar qarşısında çıxışında prezident Viktor Yanukoviçlə aparılmış danışıqlar barədə məlumat verib. Xatırladaq ki razılaşmaya əsasən, etirazçılar Qruşevski küçəsini boşaltmalı, DİN isə iğtişaşlar zamanı saxlanılanları azadlığa buraxmalıdır. O, aksiya iştirakçılarına müraciət edərək onların hakimiyyətlə razılaşdırılmış planla razı olub-olmadıqlarını soruşub. Lakin etirazçılar bu təkliflə razı olmadıqlarını bildiriblər. Bundan sonra Oleq Tyaqnibok hakimiyyətlə sövdələşməyə getmək və Qruşevski küçəsində qarşıdurmanın davam etdirmək təkliflərini səsverməyə çıxarıb. Etirazçıların əksəriyyəti ikinci təklifi dəstəkləyib.

Oleq Tyaqnibok etirazçıların qərarı ilə razılaşıb, lakin qarşıdurmanın nizam-intizama ciddi riayət olunmaqla və bir mərkəzdən idarə edilməklə davam etdirilməsinin vacibliyini vurğulayıb.

"Bu qərardan hər bir kəsin həyatı asılıdır. Biz sizinlə mübarizəni davam etdirməyə qərar veririk, lakin bir şərtlə - nizam-intizamı qorumaq, əmrlərə əməl etmək şərti ilə", deyə Oleq Tyaqnibok bildirib.

"Batkivşina" fraksiyasının lideri Arseniy Yatsenyuk da, öz növbəsində, etirazçıları nizam-intizama, məsuliyyətli olmağa çağırıb: "İnsanların və ölkənin taleyinə görə məsuliyyət bizim üzərimizdədir", deyə o bildirib.

Tarix
2014.01.24 / 08:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla