Yuxarı

Altay Göyüşovdan İqbal Ağazadənin “təhrif” iradına - Cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mənim indiyə kimi bir kəlimə də İqbal Ağazadə ilə söhbətim olmayıb. Biz onunla heç vaxt görüşməmişik. Buna görə də onun şəxsimə 2003-cu ildəki hadisələrlə bağlı irad bildirməsi məntiqi deyil".

Bu sözləri ilahiyyatçı alim Altay Göyüşov İqbal Ağazadənin "Musavat.com" saytına verdiyi açıqlamada "Mən 2003-cü il hadisələri ilə bağlı Altay Göyüşova demişəm ki, faktları təhrif etməyin" sözlərinə cavab olaraq "Axar.az"a bildirdi. A.Göyüşovun sözlərinə görə, 2003-cü ildə baş verən hadisələrlə bağlı heç bir təhrifə yol verməyib və fikirlərini faktlara əsaslanaraq ifadə edib:

"O dövrdə Müsavatın rəhbərliyi altında Bizim Azərbaycan Bloku, Etibar Məmmədovun rəhbərliyi altında Etibar Məmmədov Bloku idi. Bu blokda Etibar Məmmədovla Əli Kərimli birləşmişdi. Bu iki blokun birləşməsi barədə danışıqlar başladı. Birləşmək üçün isə prezidentlik məsələsində güzəşt əldə olunmalı idi. Əldə edilən razılaşmaya əsasən, Etibar Məmmədov İsa Qəmbərə prezidentlik kürsüsündə güzəştə getdi. Düzdü, AMİP sədri Baş nazir postuna çoxlu səlahiyyətlər istəyirdi, amma hər halda, o, İsa Qəmbərə güzəştə getmişdi. Artıq tərəflər arasında razılığa gəlindiyi anda məlum oldu ki, Müsavat paralel olaraq Rəsul Quliyevlə danışıqlar aparır. Bu ona gətirib çıxartdı ki, Rəsul Quliyevlə koalisiya yaradaraq Bizim Azərbaycan Bloku ilə seçkilərə getdi. Əlbəttə ki, bunun yanlış addım olduğunu mən o vaxtı da qeyd etmişdim. Ən azı sosial dayağına görə Etibar Məmmədov daha güclü idi və seçkiyə Etibar Məmmədovla getmək Müsavata uğur gətirəcək addım sayılırdı. Rəsul Quliyevli ADP-nin isə real gücü yox idi".

Tarix
2014.01.23 / 23:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla