Yuxarı

Binəqədi polisi qazini təhqir edib? – Qalmaqal

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 17-si, axşam saat 19:00 radələrində Niyaz Əmiraslanov adlı Qarabağ qazisini döyülüb.

Bu barədə Qarabağ qazisinin özü məlumat yayıb (ANS). Qazi bildirib ki, hücum zamanı onunla bərabər Böyük Vətən Müharibəsi veteranı Vəli Əmiraslanova da xəsarət yetirilib.

Əmiraslanov deyir ki, onlara hücum edənlər Azad İsgəndərov adlı iş adamının yaxınlarıdır və "Riyad" Mühafizə Xidmətinin əməkdaşları olub. Səbəb isə budur ki, Azad İsgəndərovun rəhbərlik etdiyi tikinti Niyaz Əmiraslanovun evinə gedən yolu kəsir. Qarabağ qazisi deyir ki, o, yolunun kəsilməsinə etiraz etdiyinə görə hücuma məruz qalıb.

Niyaz Əmiraslanov baş verənlərlə əlaqədar Binəqədi rayonu, 4-cü polis bölməsinə şikayət edib. "Bölmədə təhqiqatçı Natiq Teymurov "səni Qarabağa mən göndərmişdim? Ağlın olsaydı, getməzdin" - deməyi mənə döyülməkdən də pis təsir elədi", - deyə Qarabağ əlili bildirib.

"Riad"ın əməkdaşları xəsarət alıblar

Məsələ ilə əlaqədar Binəqədi rayonu, 4-cü polis bölməsinin tədqiqatçısı Natiq Teymurovla əlaqə saxladıq. Teymurov "Axar.az"a açıqlamasında bildirdi ki, dava ilə bağlı bölməyə birinci müraciət edənlər "Riyad" Mühafizə Xidmətinin əməkdaşlarıdır:

- Yanvarın 17-si 4-cü polis bölməsinə "Riyad" Mühafizə Xidmətinin əməkdaşları ərizə ilə müraciət edərək, Niyaz Əmiraslanovun özündən və ailəsindən şikayətçi olduqlarını bildiriblər. Onlar ərizələrində yazıblar ki, obyektin mühafizəsi zamanı Niyazın özü və ailə üzvləri tərəfindən döyülüblər. Onların xəsarətləri var, özü də tibbi ekspertizadan keçiblər. Dünən Niyaz Əmiraslanovu və ailəsini bölməyə dəvət etdim ki, haqqınızda şikayət var, ifadə verin. Onlar isə gəlib ifadə verməkdən imtina etdilər və "Riyad"ın əməkdaşlarına qarşı şikayət ərizəsi ilə verdilər.

Mən nə dediyimi bilirəm

Tədqiqatçı Qarabağ qazisinə qarşı işlətdiyi kobud ifadələr haqqında da danışdı:

- Mən onun yanında cəmi 3-4 dəqiqə olmuşam. Bir də ifadə verməkdən imtina etdiyi zaman orada olmuşam. Niyaz dedi ki, mən Qarabağ iştirakçısıyam. Sənə görə döyüşmüşəm. Sən oturmusan burada, mən döyüşmüşəm. Mən də ona dedim ki, sən mənə görə yox, Vətən üçün döyüşmüsən, torpaq üçün döyüşmüsən. Mən ona qətiyyən "səni Qarabağa mən göndərmişdim? Ağlın olsaydı, getməzdin" kimi ifadələr işlətməmişəm. Mənim ağlım var, şüurum var. Nə dediyimi bilirəm.

Polisə də dedim ki, məni yatızdıran sən oldun

Qarabağ qazisi isə "Axar.az"a açıqlamasında bildirdi ki, hadisə yerinə gələn polislər onu aldadıblar:

- Biz "Riyad"ın Mühafizə Xidmətinin əməkdaşları ilə dava edəndən sonra polis gəldi ora. Dedi ki, mən həll edəcəm məsələni. Aradan iki gün keçdi, polis bölməsindən bir nəfər gəldi ki, bəs sizin haqqınızda şikayət var, sizə qarşı cinayət işi qaldırıblar. Ondan sonra mən şikayət ərizəsi verməyə getdim. Polisə də dedim ki, məni sakitləşdirən sən oldun. Sən məni yatızdırdın, bunlar öz işlərini gördü.

Gözünün içinə kimi yalan deyir

Tədqiqatçı Natiq Teymurovun kobud ifadələri və nalayiq sözləri ilə bağlı yayılan xəbərə qazi bir daha aydınlıq gətirdi:

- Onunla söhbətim zamanı orada vətəndaşlar da olub, polislər də. O mənə "səni Qarabağa mən göndərmişdim? Ağlın olsaydı, getməzdin" dedi. Çox pis təsir etdi sözləri. İndi sizə nə deyirsə, gözünün içinə kimi yalan deyir.

Tarix
2014.01.23 / 11:42
Müəllif
Vüsal Tağı
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla