Yuxarı

Xalq artistinin qohumu pul üstə döyüldü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Səbal rayonu Badamdar qəsəbəsində rəqqasə və gənc müğənni restoran sahibi tərəfindən döyülüb. ANS televiziyasına müraciət edən zərərçəkənlər rəqqasə Nigar Göksal və müğənni Bəxtiyar Bilal bu iddia ilə çıxış ediblər.

Döyüldüyünü iddia edən Bəxtiyar Bilal bir neçə gün əvvəl həmin restoranda keçirilən məclislərin birində müğənni kimi iştirak etdiyini deyib. Bəxtiyar həmin məclisin sonunda ona çatacaq 300 manat pulu almaq üçün ötən axşam yenidən həmin məkana gəlib.

Müğənni restorana tanışı rəqqasə Nigarla birlikdə yollanıb. Amma burada onları tamaşaçı alqışlarına yox, restoran sahibinin şillə-təpiyinə qonaq ediblər.

"Bəxtiyar dedi ki, pulumu ala bilmirəm, həm də maşınsızam, apar məni ora. Orada dedilər ki, pulu vermirik və bizi döydülər", - deyə Nigar Göksal bildirib.

Zərərçəkənlər onların bir yox, bir neçə şəxs tərəfindən döyüldüdüklərini bildirdilər.

"Orada bizim üstümüzə cumdular. Ana, bacı söyüşü söydülər. İndi pulu istəmirəm, istəyirəm ki, bizi döyənlər cəzalandırılsın", - deyə Bəxtiyar Bilal bildirib.

Məlumat verilən kimi hadisə yerinə Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinin əməkdaşları cəlb edilib. Amma həmin restoranın sahibini obyektə tapmaq mümkün olmayıb.

Bölmədən ANS-ə verilən məlumata görə, artıq zərərçəkənlərin izahatları alınıb. Hazırda rəqqasə Nigar və müğənni Bəxtiyarı döyən restoran sahibinin axtarışları aparılır. Hadisə ilə bağlı həmin şəxsin də ifadəsi alınandan sonra baş verən insidentə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, hadisə zamanı döyülən Bətiyar Bilal Azərbaycanın Xalq artisti müğənni Bilal Əliyevin bacısıoğludu (ANS).

Tarix
2014.01.23 / 10:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla