Yuxarı

18 ilin bərbəri: “Əvvəllər yanıma rus qızları gələrdi...”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İş adamı" adlı rubrikamızda cəmiyyətin aşağı təbəqəsindəki peşə sahibləri ilə öz sənətləri ilə bağlı söhbət edəcəyik.

Fəhlələr, satıcılar, dərzilər, sürücülər, bərbərlər, ustalar və başqaları bizim tez-tez rastlaşdığımız, ünsiyyətdə olduğumuz adamlardır. Bir sözlə, əsil iş adamları...

İlk qonağımız 18 ildir yorulmadan, sıxılmadan çalışan və öz peşəsini olduqca çox sevən bərbər Rövşən Səfərovdur. Dediyinə görə, peşəsinə aşiqdir. 1996-cı ildən bu peşədə çalışan Rövşəni uşaqlığımdan tanıyıram. Rövşən bəy hələ o vaxtlardan maraqlı, unudulmaz və gülməli söhbətləri ilə məhəlləmizdəki insanlar arasında hörmət qazanmışdı.

Nə isə, mətləbi çox uzatmayıb, işimizə başlayaq. Axı biz də iş adamıyıq...

Bir aya bərbər oldum

- Bu sənəti peşə məktəbində öyrənmişəm. Bir gün çayxanada dostlarımla oturub söhbət edirdik, fikirləşdim ki, bir ali təhsilim yoxdur və özümə bir sənət seçməliyəm. Beləliklə, qərarımı qətiləşdirdim.

Bərbərlik sənətinə həvəsim çox olub. Həmişə salonlara gedəndə təmizliyinə görə marağımı çəkib. Əsas da ustanın yanında öyrənmişəm bu sənəti. Bir aya artıq təcrübə qazanmışdım. Ustamın yanında səbrli olmuşam, bu işi diqqətimin sayəsində bacarmışam. Ümimiyyətlə, bu, təmiz işdir. Hər insana lazım olan bir peşədir. Sənətimi olduqca çox sevirəm.

Xanım müştərilərim də var

Bu bərbər köşkünü 1996-cı ildə açdım. İlk günlər müştərilər az gəlirdi, amma zamanla gediş-gəliş çoxaldı. Heç bir müştəri narazı getmirdi, hansı saç düzümünü istəyirdisə, mən də əlimdən gələni ən yaxşı şəkildə etməyə çalışırdım. O vaxt daha çox sadə saç stilinə üstünlük verirdilər.

Sizə deyim, mənim xanım müştərilərim də olub. Əvvəllər rus qızları daha çox gəlib-gedirdilər, bizimkilərdən isə bir-iki qız olub ki, oğlan saç düzümündə saç stili istəyiblər. İndiki zamanda gənclər daha çox uzun saça, "çeçenka"ya və başqa cürbəcür saç düzümlərinə üstünlük verirlər.

Azəri qızı Günelin qardaşı Tunar gəlir

Artıq 18 ildir ki, bu sənətdəyəm. Elə olur, günə 5-10, elə də olur 20 müştəri gəlir, ancaq şənbə-bazar günlərində, toy mövsümündə, bayramlarda daha çox olur. Çox vaxt günortaya kimi boş qalıram. Bütün günüm burada keçir. Yorulmuram, zövq alıram.

Tanınmış adamlar çox da gəlmir, ancaq Azəri qızı Günelin qardaşı Tunar var, aradabir o gəlir. Hər bir sənətin çətinliyi olduğu kimi bu sənətin də əsas çətinliyi səbrdir. Səbrli oldunsa, bu sənəti öyrənə bilərsən, ancaq təbii ki, istedad da tələb edir.

Yorulmadan, səhər 6 tamama kimi...

2002-ci ildə dünya çempionatı keçirilən vaxtlarda yeniyetmə uşaqlar Ronaldonun, Ümit Davalanın saç düzümündən çox istəyirdilər. Sonra həmin uşaqlar şəkillərini çəkib internetdə yerləşdirirdilər. Sevinirdilər, onlara belə saç stilləri çox maraqlı gəlirdi.

Bir dəfə isə maraqlı bir əhvalat oldu. Bir dəfə salonu bağlayıb gedirdim ki, iyirmi əsgər gəldi. Səhər tezdən, hərbi hissədə olmalıydılar. Səhər altı tamama kimi saçlarını, üzlərini qaydaya saldım və inanın ki, heç yorulmadım.

Müqəddəs heyvanlar

Yay vaxtları binaların damından bir sürü göyərçin buraya qonur, onlara çörək qırıntıları verirəm. Bəzən qonşular şikayət edir ki, buraları pis günə qoyurlar, ancaq mən onları yemləməmiş rahat ola bilmirəm. Mənə görə onlar müqəddəs heyvanlardır.

Bərbərlik rəssamlıq tələb edir...

Bərbərlik sənətdir, gözəllikdir və mütləq məktəbi də açılmalıdır. Məktəbi açılsa, lap gözəl olar. Daha təcrübəli bərbərlər meydana çıxar. İndiyə kimi 12 tələbəm olub, ancaq onlardan cəmi 3 nəfər bərbər ola bilib. O birilər həvəslə gəlsələr də, axıra kimi səbirləri çatmayıb, ona görə də bu sənəti sevməyiblər. Gərək bu sənətə ciddi bir marağın və böyük sevgin olsun. Gənclərə bu sənəti məsləhət görərdim, ancaq təbii ki, istedad da vacibdi, bundan əlavə rəsm, foto barədə az da olsa, təəssüratı olmalıdır.

Tarix
2014.01.22 / 18:15
Müəllif
Oğuz Ayvaz
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla