Yuxarı

“Bir ay üçün rentgen həkiminə cəmi 20 neqativ verilir”

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu qədər tibb mərkəzləri var. Hamısı da ağzına qədər adamla doludur. Bununla belə, camaat axışıb gedir İrana və başqa xarici ölkələrə".

Bu haqda "Axar.az"a Azad İstehlakçılar Birliyinin (AİB) nəzdində yenicə yaradılmış "Tibbi müayinə və müalicə, eləcə də, Profilaktik bərpa iştirakçı hüquqlarının müdafiəsi" komissiyasının sədri Əhməd Rəhmanov səhiyyəmizdəki durum və komissiyanın yaradılması səbəbinə aydınlıq gətirərkən dedi:

- Səhiyyə Nazirliyi çox deyir ki, inkişaf edirik, struktur dəyişir və sair. Ancaq bunun dəqiq xətti yoxdur. Bu qədər tibb mərkəzləri var. Hamısı da ağzına qədər adamla doludur. Bununla belə, camaat axışıb gedir İrana və başqa xarici ölkələrə. Mən bildiyim qədəri ilə, Azərbaycandakı səhiyyə sistemi MDB ölkələri arasında üç, ya dördüncü yerdədir. Lakin insanlar müalicə üçün başqa ölkəyə qaçırlar. Bunun da səbəbi nədir? Hamı deyir ki, həkim məni aldadır. Ancaq heç kim fikirləşmir ki, həkim bunu nəyə görə edir? Bir məsəl var da, "yüz dəfə imam üçün ağlayanda, bir dəfə də yezid üçün də ağlayın". Məsələn, poliklinikalarda yazıb vurublar ki, müayinə pulsuzdur. Adi rentgenə bir ay ərzində cəmi 20 ədəd neqativ verirlər. Məgər rentgenə bir ayda 20 xəstə gəlir? Bəs yerdə qalan neyləməlidir? Burada istər-istəməz xəstə ilə həkim arasında konflikt yaranır. Burada problem heç də həkimdə deyil. Yuxarıda oturan tibb məmurunda, sistemdədir. Konflikt də odur ki, mən gedirəm həkim yanına, həkim deyir ki, yoxumdur. Səni müayinə etsəm, gərək öz cibimdən verim neqativin pulunu. Biri başa düşür, ikisi başa düşür. Ancaq axırda biri gedir baş həkimin üstünə ki, məndən pul istədilər. Bax, bütün bu problemlər yığılır-yığılır, "tibbdə rüşvətxorluq var" probleminə gətirib çıxarır".

Komissiyamız hələ ki, fakt toplamaqla məşğuldur

Komissiya sədri hələ ki, yeni qurumun Səhiyyə Nazirliyinə müraciət etmədiyini deyir:

- Hal-hazırda Komissiyamız Səhiyyə Nazirliyinə müraciət etməyib. Çünki bizim komissiya bir ay olar yaradılıb və hələ ki, fakt toplamaqla məşğuldur. Ancaq mən həmçinin "Qarabağ Əlilləri və Veteranları" cəmiyyətinin Nəsimi rayon şöbəsinin sədriyəm və bu qurumdan çoxlu müraciətlər etmişəm. Məsələn, elementar bir şey: Azərbaycan Respublikası Konstitusiyasında istehlakçı hüquqları var. Konstitusiyada deyilir ki, hər bir istehlakçı, ona göstərilən xidmətin sertifikatını, sənədini tələb edə bilər. Bax, bütün poliklinikalarda uşaqlara peyvənd vururlar. Bəs hansı poliklinikada peyvəndin tərkibini göstərirlər? Ümumi profilaktika qanununda deyilir ki, valideyn övladına vurulan hər hansı dərmanın tərkibi haqqında məlumatlı olmalıdır. Hətta vaksinasiyadırsa, valideyn bu dərmandan imtina etmək hüququna malikdir. Çünki vaksinasiya elə bir şeydir ki, dövlət tərəfindən epidemiya elan olunsa, hər kəs üçün məcburidir. Yox, əgər epidemiya elan olunmayıbsa, könüllüdür. Bu barədə valideynləri məlumatlandırmırlar. Məsələn, bu yaxınlarda Gəncədən bir xanım bizə müraciət etdi ki, övladı doğulanda peyvənd vurmağa icazə vermədiyi üçün qeydiyyata götürmürlər. İndi o xanımın məsələsi ilə məşğuluq. Bu arada fürsətdən istifadə edib bildirdim ki, komissiyamıza müraciət edənlərə yardım və hüquqi məsləhətlər ödənişsizdir.

Tarix
2014.01.21 / 20:07
Müəllif
Vüsal Tağı
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla