Yuxarı

Həyatımızla oynayan kimdir - sürücülər, yoxsa NN?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Özəl marşrut sahibləri əksərən məsuliyyətsizdir və ya kiməsə arxalanırlar. Ona görə sürücülər də özbaşınalıq edirlər. Qanunlarda boşluq var, istehlakçı siyasəti dəyişməlidir".

Bu sözləri Bakıda avtobus sürücülərinin nəqliyyat vasitələrini idarə edərkən səbəb olduqları qəzalar haqda danışarkən Azad İstehlakçılar Birliyinin sədri Əyyub Hüseynov bildirdi.

Niyə təhlükəli maşın idarə edən, kobud və sükan arxasında ikən siqaret çəkən sürücüləri normal sürücülərlə əvəz etmirlər? Belə hallarla üzləşən sərnişin kimə müraciət etməlidir?

Əyyub Hüseynov bu məsələdə konkret cavabın olmadığı fikrindədir:

"Burada səbəblər çoxdur. Birinci səbəb avtobus marşrutu sahiblərinin məsuliyyətsizliyi, ancaq öz mənfəətlərini düşünməsidir. İkincisi, bir sıra xətlər, avtobuslar özəldir, fərdi insanlara məxsusdur. Ancaq dünya təcrübəsində belədir ki, bu avtobusların müəyyən bir hissəsi hökumətə, böyük əksəriyyəti bələdiyyələrə aiddir. Bizdə isə əksinədir. Avtobusların əksəri Nəqliyyat Nazirliyinə aid olan "Transqeyt" şirkətinə tabedir. Təbii ki, nəqliyyat müfəttişləri də onlara göz yummağa məcburdur. Özəl marşrut sahibləri isə əksərən məsuliyyətsizdir və ya kiməsə arxalanırlar. Ona görə sürücülər də özbaşınalıq edirlər. Qanunlarda boşluq var, istehlakçı siyasəti dəyişməlidir. Nəqliyyat Departamenti də bu boşluqlardan yararlanaraq özbaşınalıqlara şərait yaradır. Sanki insanların taleyi, həyatlarının yarımçıq kəsilməsi kimsə üçün maraqlı deyil".

Tarix
2014.01.21 / 19:50
Müəllif
Gülnarə Kərimova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla