Yuxarı

Səfər Əbiyev istintaqa cəlb edilir: Prokurorluq işə qarışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra nazirlikdə ciddi kadr islahatları ilə yanaşı əsaslı yoxlamalara başlanıb. Nazirlik sistemində ciddi qanun pozuntuları, korrupsiya halları aşkarlandığından, bəzi faktları artıq hərbi prokurorluq araşdırmağa başlayıb.

Belə yoxlamalardan biri də Müdafiə Nazirliyinin bir ay əvvəl ləğv edilmiş "N" saylı hərbi hissəsində aparılır. Bakı ətrafında yerləşən və tam məxfi təyinatlı hərbi hissənin komandiri seysmoloq Elçin Xəlilov ("Zəlzələ" Elçin – red.) olub ("AzNews.az").

Artıq istintaqla bağlı sənədlərin bir qismi rəy alınması üçün AMEA-ya göndərilib.

Qeyd edək ki, Respublika Hərbi Prokurorluğu tərəfindən ciddi istintaq işləri aparılan bu hərbi hissə təyinatı ilə əlaqədar olaraq bir başa nazirin nəzarətində olub. Elə buna görə də, hərbi hissədə aşkarlanan neqativ hallarla bağlı sabiq nazir Səfər Əbiyevin də dindiriləcəyi gözlənilir.

Məsələ ilə bağlı Respublika Hərbi Prokurorluğunun mövqeyini öyrənmək mümkün olmadı.

Tarix
2014.01.21 / 17:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

İran-İsrail savaşının Bakıya təsiri... - Cəfərsoy

Tokayevin Paşinyana mühüm təklifi var - Naumov

Bayramov omanlı həmkarı ilə görüşdü

Kəndlərin verilməsi 9 noyabr bəyanatında var idi - Qriqoryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla