Ana səhifə Toplum |
Şıxlar kəndinin sakinləri onları qəbul etməyən icra başçısı Rafil Hüseynova etiraz olaraq Bakı-Astara şossesini bağlayıblar ("Jam.az").
Məlumatda deyilir ki, əhalinin etiraz aksiyası keçirməsinə səbəb icra başçısı Rafil Hüseynovun artıq bir neçə dəfədir onları qəbul etməməsidir.
"Cənub xəbərləri" qəzetinin baş redaktoru Zahir Əmənov isə "Axar.az"a açıqlamasında bildirdi ki, Masallıda əhalinin bu narazılığına səbəb Aşıq Telli Borçalının 20 Yanvar hüzün günündə Masallıda toyda iştirak etməsini bildirməsidir:
- Hazırda Masallı Rayon İcra Hakimiyyətinin binasının qarşısındayam. Bura camaat yığışıb və 20 Yanvar günündə toy edilməsi xəbərini özlərinə təhqir hesab etdiklərini, bunun aydınlaşmasını istəyirlər.
Camaat da, İcra Hakimiyyətinin və polisin nümayəndələri də belə bir toy mərasiminin olmadığını bildirirlər. Aşıq Telli Borçalının toy xəbəri yalandır, yəqin ki, biz masallılar bunun sonuna çıxacağıq.
Tarix
2014.01.21 / 17:29
|
Müəllif
Axar.az
|