Yuxarı

“Qremmi” laureatı Heydər Əliyev Mərkəzində

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur caz ifaçısı, üç "Qremmi" və "Toni" mükafatı laureatı Di Di Bricuoter fevralın 12-də Bakıda Heydər Əliyev Mərkəzində solo konsert proqramı ilə çıxış edəcək.

Mərkəzdən verilən məlumata görə, müasir caz vokal sənətinin ulduzlarından olan Di Di Bricuoter konsert proqramında məşhur kompozisiyalarını, eləcə də tanınmış amerikalı caz ifaçıları Ebbi Linkoln və Billi Holideyin repertuarından əsərlər ifa edəcək.

Əsl adı Dennis Qarret olan olan müğənni-aktrisa 1950-ci ildə ABŞ-da doğulub. Karyerasına vətənində başlasa da, onun istedadı Fransada kəşf olunub.

Di Di Bricuoter ilk professional təcrübəni əfsanəvi Ted Cons/Mel Levis Caz Orkestrində və ötən əsrin 70-ci illərində o, məşhur caz ifaçıları Maks Rouç Sonni Rollinz Dekster Qordon, Dizzi Gillepsi kimi məşhur caz ifaçıları ilə birgə çıxış edib.

Müğənni 1980-ci ildə Fransaya köçüb və bir neçə il ərzində Avropanın bütün caz fetivallarında iştirak edib, özünün orkestrini yaradıb.

1998-ci ildə kumiri Ella Fitsceraldın xatirəsinə həsr etdiyi "Əziz Ella" albomu iki "Qremmi" mükafatına layiq görülüb. Eləcə də onun tanınmış caz ifaçısı Billi Holideyə ithaf etdiyi "Elanora Faqan (1915-1959): Di Didən Billiyə sevgi ilə" ("Eleanora Fagan (1915-1959): To Billie With Love From Dee Dee" adlı albomu "Qremmi" alıb.

Di Di Bricuoter musiqili teatrda da fəaliyyət göstərib. O, 1975-ci ildə "Viz" musiqili tamaşasında oynadığı Qlinda roluna görə "Toni" mükafatı alıb ("Trend").

Tarix
2014.01.21 / 15:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki...

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla