Yuxarı

Xələf Xələfov Suriyada döyüşən azərbaycanlılardan danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov son vaxtlar Suriyada döyüşən və həlak olan azərbaycanlılarla bağlı məsələyə münasibət bildirib.

Nazir müavini X.Xələfov açıqlamasında bu cür məlumatlarla mətbuatdan tanış olduğunu söyləyib. X.Xələfov deyib: "Əlbəttə ki, bu cür məlumatların dəqiqləşdirilməsi vacibdir. Çünki bizim dövlət orqanları bu məsələ ilə bağlı hələlik rəsmi fikir bildirməyib. Yəqin ki, bunu araşdırmağa ehtiyac var. Əgər doğrudan da belə faktlar varsa, mən bundan çox təəssüflənirəm. Yəqin ki, həmin adamları bu işə müəyyən maraqlı təşkilatlar və qruplar cəlb edirlər. Bu isə yolverilməzdir. Çünki Azərbaycan vətəndaşları gedib hər hansı xarici dövlətdə hansısa ideya naminə həlak olurlar.

Bu bizim üçün böyük itkidir. Hesab edirəm ki, bu həm də yolverilməzdir. Cəmiyyətdə də gənc nəslin tərbiyəsi məsələlərinə böyük diqqət yetirmək lazımdır. Suriyada həlak olan azərbaycanlılarla bağlı mənim də fikrim odur ki, bu işlər ciddi araşdırılmalıdır, dəqiqləşdirilməlidir. Bu insanların əksəriyyəti gənc insanlardır. Buna görə də onların ailələri də övladlarının tərbiyəsi işinə çox diqqətli olmalıdır. İnsanlar nə qədər çox vətənpərvərlik ruhunda tərbiyə olunsalar, nə qədər çox öz dövlətinə, millətinə, milli ideyasına bağlı olsalar, o zaman bu cür xoşagəlməz hallar da az olar" (Publika.Az).

Tarix
2014.01.21 / 13:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla