Yuxarı

Zaqatalada UAZ çaya düşdü - Ölən var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gecə saatlarında Zaqatala rayonunun Car kəndində ölümlə nəticələnən yol qəzası baş verib.

"Axar.az" Kanal S-ə istinadən məlumat verir ki, Car kənd sakini 1942-ci il təvəllüdlü Carayev Mollamuhuma Şahmur oğlu idarə etdiyi UAZ markalı, "62 BD 556" dövlət nömrə nişanlı avtomobillə Zaqatala rayonunun Car kəndində, meşə yolu adlanan ərazidə hərəkətdə olarkən qatı duman və yağmurlu hava şəraiti olduğundan idarəetməni itirib və avtomobil körpüdən çaya düşüb.

Nəticədə sürücü M.Carayev hadisə yerindəcə dünyasını dəyişib. Avtomobildə olan digər sərnişinlər, Car kənd sakinləri - mərhumun həyat yoldaşı 1951-ci il təvəllüdlü Carayeva Aşura Xanov qızı, 1947-ci il təvəllüdlü Abdullayev Nürəddin Qurban oğlu və 1959-cu il təvəllüdlü Abdullayeva Ruqiyyət Həsən qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılardan A.Carayevanın vəziyyəti qənaətbəxş olduğundan ona Zaqatala Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra evə, ambulator müalicəyə buraxılıb. Digər iki yaralının vəziyyəti isə orta ağırdır.

İlkin ehtimallara görə yol nəqliyyat hadisəsinə səbəb əlverişsiz hava şəraiti olub.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2014.01.21 / 09:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla