Yuxarı

Suriyada daha iki azərbaycanlı öldürülüb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada daha iki Azərbaycan vətəndaşı öldürülüb.

"Axar.az" APA- ya istinadən xəbər verir ki, bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb.

Məlumata görə, "Əl-Nüsra Cəbhəsi" sıralarında Bəşər Əsədə qarşı vuruşan, Azərbaycanın Qusar rayonundan olan "Seyfullah ləzgi" ləqəbli mücahid dünən, 18 yaşlı Nicat adında azərbaycanlı isə bir neçə gün əvvəl hökumət qüvvələri tərəfindən öldürülüb.

"Seyfullah ləzgi" ləqəbli Azərbaycan vətəndaşının əsl adı və fotosu isə yoxdur. Onun bundan əvvəl döyüşlərdə bir neçə dəfə yaralandığı da qeyd olunur.

Mücahidlərin yazdığına görə, döyüşlərdə həlak olan Nicat isə ötən il tələbə adını qazanıb, elə birinci kursda oxuyarkən Suriyaya yollanıb. Mücahidlər onun fotosunu da yayıblar.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-ə yaxın azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

Tarix
2014.01.20 / 15:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla