Yuxarı

Azərbaycanda Nəşriyyat kitablarını yandıracaq – Mərasim

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çətir" Nəşriyyatı 3 ay öncə ilk və son uğursuz kitab nəşrinin nəticəsi olaraq çap etdirdiyi məşhur Amerikalı yazar Çarlz Bukovskinin "Hekayələr və müsahibələri" kitabının "yandırılması mərasimi"ni keçirəcək.

Bu barədə "Feysbuk" sosial şəbəkəsində tədbir (event) yaradaraq sosial şəbəkə istifadələrini bu "mərasim"ə dəvət ediblər. Yaratdıqları "event"ə belə açıqlama əlavə ediblər:

"Çətir Nəşriyyatı aylar öncə 4-5 hərdəmxəyalın xeyli pivə içdikdən sonra yaratdığı nəşriyyatdır. Elə oradaca qərar qəbul etdilər ki, Ç.Bukovskini tərcümə və çap edib satışa çıxarsınlar. Bir aya kitab artıq hazır vəziyyətdə idi.

Kitabın təqdimatı çox uğursuz olduğundan kitab da uğur qazanmadı. Kitabın içindəkilər hər gün oxuduğunuz zir-zibildən maraqlı hekayələr idi, əslində. Son həftələr Bakının bütün kitab mağazalarına cəmi 100 kitab paylanıb.

Kitabın yandırılmasına səbəb:

Kitabın qiyməti cəmi 2 manatdır. Kitab mağazalarının əksəriyyəti kitabı 50 faizlə satmaq üçün qəbul edir. Yəni, biz o boyda əziyyət çəkib kitabı tərcümə elətdirək, çapa verək, ayaq döyüb yayaq və hansısa kitab mağazasına gətirib verək ki, bunu vitrinə qoyun , yarısı sizin, yarısı bizim. Bu, çox ədalətsizdi.

Buna görə də Ç.Bukovskinin əlimizdə qalan tərcümə əsərinin 800- dən çox nüsxəsini yandırmağı qərara aldıq.

Kitablar yanvarın 25-i, axşam saat 9-da (21:00) Şıxov çimərliyində yandırılacaq. Gələndə özünüzlə pivə, çipsi gətirməyi unutmayın".

Çətir Nəşriyyatının sözçüsü Hüseyn Mühəmməd "Axar.az"a açıqlama verərək bunları bildirdi:

- "Event" yaradandan sonra kitab almaq istəyən 10-15 insan bizə yazıb. Kitab mağazalarından yaxınlaşıb ala bilərlər. Təxminən 100-ə qədər kitab mağazalara paylanıb. Bu doğru xəbərdir, kitabları yandıracağıq.

Tarix
2014.01.17 / 18:59
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla