Yuxarı

MTN-in istintaq təcridxanasında monitorinq keçirilib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında monitorinq keçiriblər.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, E. Behbudov bildirib ki, istintaq təcridxanasında saxlanılan şəxslər gündə 3 dəfə yeməklə və digər zəruri tələbatlarla təmin olunurlar: "Orada saxlanılan Quba rayon sakini Vəfanur və Vəfadar Məmmədov qardaşları, həmçinin Nizami Nəcəfovla görüşdük. Üçü də Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah saxlama, gəzdirmə və s.) maddəsi ilə təqsirləndirilirlər. Vəkillə təmin olunublar. Saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri yoxdur. Cinayət işi ilə bağlı istintaq davam etdirilir".

E. Behbudov orada saxlanılan Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovla da maraqlandığını deyib: "Bəzi mətbuat orqanları onun namaz qılması barədə məlumat dərc etmişdilər. Onunla bağlı mənə bildirdilər ki, həmin məlumatlar yalandır. Hacı Məmmədov ibadət etmir. İnanclı adam deyil ".

Tarix
2014.01.17 / 18:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla