Yuxarı

Ünvanlı sosial yardımın verilməsi qaydası dəyişdiriləcək - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq vətəndaşlar ünvanlı sosial yardımı almaq üçün lazım olan sənədlərin toplanması zamanı dövlət qurumları qarşısında saatlarla vaxt keçirməyəcəklər.

Bundan əlavə hər bir şəxs yardım almaq üçün müraciət etmək hüququ əldə edəcək. Yəni hazırda ünvanlı sosial yardım almaq istəyən şəxs öz ailə tərkibi, aylıq gəliri, əmlakı barədə və digər məlumatları əks etdirən sənədləri müvafiq dövlət qurumuna təqdim etməlidir. Tətbiq olunacaq yeni sistemdən sonra buna ehtiyac qalmayacaq. Hazırda irəli sürülən layihə üzərində müzakirələr aparılır. Təkliflərə əsasən ünvanlı sosial yardımın təyin olunması mərkəzləşdirilmiş qaydada və elektron şəkildə həyata keçiriləcək. Dövlət sosial təminat xidmətinin rəisi Çingiz Əliyev deyir ki, artıq yeni sistemin tətbiq olnması üçün işlərə start verilib.

Mərkəzləşdirilmiş sistemin tətbiq olunmasında əsas məqsəd ölkədə ünvanlı sosial yardımın təyin olunması, ödənilməsi və ödənilməsindən imtina edilməsi məsələlərində şəffaflığı təmin etmək və məmur vətəndaş təmasını minimum səviyyəyə endirməkdir. Eyni zamanda dövlət büdcəsindən ayrılan vəsaitin düzgün istiqmətdə sərf olunması da qarşıya qoyulan əsas məqsədlərdən biridir.

Ölkədə ünvanlı sosial yardımın verilməsinə 2006-cı ildən start verilib. Ünvanlı sosial yadımın verilməsində əsas məqsəd az təminatlı ailələrin maddi şəraitinin yaxşılaşdırılmasıdır. Ünvanlı sosial yardımın təyin olunması üçün hər il ehtiyac meyarı haqqında qanun qəbul edilir. Hazırda ehtiyac meyarı 100 manat məbləğində müəyyən olunub. Bu o deməkdir ki, ailə üzvlərinin hər birinin ehtiyac meyarının cəmindən az gəliri olduqda aradakı fərq qədər ünvanlı sosial yardım təyin olunur və 1 il müddətinə nəzərdə tutulub. hazırda ölkədə 140 min 711 ailə ünvanlı sosial yardım alır. (ANS)

Tarix
2014.01.16 / 21:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla