Yuxarı

Cəmil Həsənli AXCP-yə qarşı Müsavatı müdafiə etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Milli Şura müəyyən edə bilməz ki, kim müxalifətçidir kim deyil".

"Axar.az" xəbər verir ki, bu sözləri Milli Şuranın sessiyasında qurumun sədri Cəmil Həsənli "Azadlıq" qəzetinin baş redaktoru Rahim Hacıyevin çıxışına etirazını bildirən zaman deyib.

"Azadlıq" qəzetinin baş redaktoru Rahim Hacıyev çıxışında bildirib ki, olaylar millət vəkili Zahid Orucun "Müsavat Milli Şuradan çıxmasa, parçalanacaq" açıqlamasından sonra baş verib.

Millət vəkilinin açıqlamasını qeyd edərək, Müsavat partiyasının həmin fikirdən 3 gün sonra birliyi tərk etməsini xatırlatdıb. Baş redaktor onu da deyib ki, Müsavatın Milli Şuradan çıxması onun müxalifət partiyası olmadığını sübut edib.

Cəmil Həsənli isə öz növbəsində onun sözünü kəsərək Müsavatı müdafiə edib:

"Milli Şura müəyyən edə bilməz ki, kim müxalifətçidir kim deyil. Milli Şura bu gedişlə kluba çevriləcək. Milli Şura partiyaları idarə edən bir qurum deyil. Partiya rəhbərlərinin əksəriyyəti mənim dostumdur. Ancaq bu başqa məsələdir".

Cəmil Həsənlinin bu sözündən sonra isə, AXCP sədrinin müşaviri Fuad Qəhrəmanlı da yerindən replika atıb:

"Bilinməlidir də, kim müxalifətdir, kim yox".

Daha sonra çıxış edən AXCP sədri Əli Kərimli isə Milli Şuranın siyasi partiyaların yox fərdlərin və cəmiyyətin içərisindən olan insanların birliyi olduğunu bildirib:

"Düzdür, ola bilər ki, Milli Şuranın yaranmasında siyasi partiyaların rolu danılmazdır. Ancaq bu qurum fərdlərin və cəmiyyətin içərisində olan insanların təmsil olunduğu qurumdur. Milli Şura bundan sonra öz fəaliyyətini dayandırsa belə, Azərbaycan xalqı üçün təhlükəli günlər arxada qalıb və Azərbaycan hakimiyyəti bundan sonra prosesləri əvvəlki vəziyyətə qaytara bilməyəcək".

Tarix
2014.01.16 / 18:24
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla