Yuxarı

Parlamentin telefon qadağası deputatlara aid edilməyib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu qayda parlament üzvlərinə tətbiq edilməyib. Biz malik olduğumuz hər hansı mobil rabitəni, yaxud planşetləri əvvəlki qaydada parlamentin binasına keçirə bilirik".

"Axar.az" xəbər verir ki, bu sözləri Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc Hafta.az-a açıqlamasında parlamentin son intizam qaydasının millət vəkillərinə aid edilmədiyini deyib:

"Zahid Oruc deyir ki, hazırda parlametdədir və bizimlə əlaqə saxladığı telefonu android sistemlidir: "Deputatların smartfon və android tipli telefonları və ya planşetləri parlamentə daxil olarkən onlardan alınmır. Mən hazırda sizinlə fikirlərimi bölüşərkən Milli Məclisdəyəm. Telefonum da android tiplidi. Bu yöndə hər hansı bir qadağanı üzərimdə hiss etməmişəm. Həmin qadağanın qeyd olunan sənədli formasında müddəaların necə əks olunduğunu araşdırıb, aydınlaşdırmaq lazımdı. Bu qayda Milli Məclisin ştat heyətində çalışan şəxslərə aid edilib".

Qeyd edək ki, Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat vermişdi ki, təhlükəsizlik baxımında parlamentin binasına daxil olan bütün şəxslərdən smartfon və android telefonlar alınacaq: "Bu qərar Milli Məclisə daxil olan hər kəsə aid olunacaq. Burada vəzifə bölgüsü aparılmayacaq. Deputatlardan tutmuş Milli Məclisə gələn qonaqlar və jurnalistlərin hamısının telefonu binaya daxil olarkən əlindən alınacaq. Təhlükəsizlik baxımından və standartlara uyğun olaraq bəzi avadanlıqların Milli Məclisə keçirilməsi qadağandır".

Tarix
2014.01.16 / 13:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla