Yuxarı

Ünvanlı sosial yardımla bağlı statistika açıqlandı – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ünvanlı sosial yardım alan ailələrin 40 minə yaxını tərkibində 3 və daha çox uşağı olanlardır".

Bu haqda "Axar.az"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda deyilir.

Məlumatda bildirilir ki, 01 yanvar 2014-cü il tarixə olan məlumata əsasən, respublikamızda 615516 nəfər ailə üzvünü əhatə edən 140711 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib. Onlardan 39852-i tərkibində 3 və daha çox uşağı olan ailələrdir.

Ünvanlı yardım alan ailələrdə 1 yaşadək uşaqların sayı 8433 nəfər, 18 yaşadək ailə üzvlərinin sayı 296185 nəfər, sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 10279 nəfər, 18 yaşından yuxarı əlil ailə üzvlərinin sayı isə 20253 nəfərdir.

Ödənilən ünvanlı yardımın orta aylıq məbləği hər ailə üçün 126,88 manat, hər ailə üzvü üçün 29,01 manat təşkil edir.

Ünvanlı yardımın hesablanması üçün ehtiyac meyarının məbləği 2006-ci ildəki 30 manatla müqayisədə ötən müddətdə 3,3 dəfə artırılaraq cari ilin əvvəlindən 100 manata çatdırılıb.

Tarix
2014.01.16 / 11:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla