Şirvan suvarma kanalının yenidən qurulması... - Deputat
11:00
Ana səhifə Toplum |
Bakı şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Axar.az" "APA"ya istinadən verdiyi xəbərə görə, hadisə Pirşağı qəsəbəsində qeydə alınıb.
"VAZ 21-06" markalı, 10-KX-214 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Elxan Məmmədov idarəetməni itirərək maşını mağazaya çırpıb. Nəticədə mağazada olan orta məktəb şagirdi, 10 yaşlı Əlövsət Nadir oğlu Allahverdiyev ölüb. Digər şagirdlər - 13 yaşlı Vasif Əziz oğlu Bayramov və Ayxan Arif oğlu Naibov ağır bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Tarix
2014.01.16 / 11:33
|
Müəllif
Axar.az
|