Yuxarı

Azərbaycan yazıçısı Londonda nəşr olundu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazıçı, tarixi romanlar müəllifi Əzizə Cəfərzadənin "Ana­mın nağılları" ("My Mother’s Tales", London, Rossendale books, 2015) kitabı Böyük Britaniyada nəşr olunub.

Yazıçı, professor Vaqif Sultanlının Axar.az-a verdiyi məlumata görə, bu, müəllifin ingilis oxucularına təqdim olunan ilk kitabıdır. Kitabı ingilis dilinə Sevinc Məhərrəmova, Gülnar Aydəmirova və Vəfa İbrahimova tərcümə edib. Əsərin ingiliscə mətni Betti Bleyr (ABŞ) və Maykl Brannok (İngiltərə) tərəfindən redaktə olunub. Kitaba Bakı Dövlət Universitetinin professorları Vaqif Sultanlı və Sevinc Məhərrəmova ön söz yazıb.

Qeyd edək ki, Əzizə Cəfərzadənin "Anamın nağılları" silsilə yazıları müəllifin anasının vaxtilə söylədiyi, yazıya köçürülməmiş, birbaşa hafizədən qə­ləmə alınan, kökləri ilə xalq yaradıcılığına bağlı nağıl və əfsanələrdən ibarətdir. İlk dəfə 1982-ci ildə Bakıda nəşr olunan "Anamın nağılları" kitabı bir müddət əvvəl Türkiyə oxucularına da təqdim olunub.

Vaqif Sultanlı və Turan İbrahimovun birgə nəşrə hazırladığı kitabı www.amazon.com, www.barnesandnoble.com, www.books.google.com, www.waterstones.com, www.lulu.com və başqa saytlardan sifariş yolu ilə əldə etmək olar.

Tarix
2015.05.08 / 13:47
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla