Yuxarı

İlin atıcısı idman elçisi oldu

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyalı atıcı və Olimpiya çempionu Nikola Kamprianinin I Avropa Oyunlarının idman elçisi olacağı açıqlanıb.

Publika.az xəbər verir ki, Nikola Kampriani London Yay Olimpiya Oyunları zamanı, tüfənglə atma üzrə ilk yarışda 2 olimpiya rekorduna imza ataraq və ikinci yarışda Olimpiya rekordunu təkrarlayaraq, 1 qızıl və 1 gümüş medal qazanıb. O, 2012-ci ildə BAF tərəfindən "İlin atıcısı" elan olunub və 2013-cü ildə elm, idman mühəndisliyi sahəsi üzrə təhsilinin magistr pilləsini bitirib.

Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq bu barədə bu barədə belə danışıb:

"Bakı 2015 I Avropa Oyunlarının başlanmasına 36 gün qaldığı bir vaxtda Nikola Kamprianinin idman elçiləri arasına daxil olması coşqunu daha da artırır. Nikola mübarizə apardığı idman növü üzrə gücünü sübut etmiş Olimpiya çempionudur və biz tamaşaçı kütləsini ruhlandırmağa qadir beynəlxalq idman elçilərimizin sırasına dünyanın daha bir aparıcı idmançısını əlavə etməkdən məmnunluğumuzu bildiririk".

Bakı 2015-in idman elçiləri mübarizə apardıqları idman növünü təmsil edəcək. Həmçinin Avropa Oyunlarını təbliğ etmək məqsədilə, Avropada və sosial mediada aparılan marketinq kampaniyalarında iştirak edəcəklər.

Nikola Kampriani isə öz hisslərini bu cür bölüşüb:

"İlk Avropa Oyunlarının idman elçisi olduğum üçün çox həyəcanlıyam və qitənin aparıcı idmançıları ilə bir sırada yer almaq mənə qürur hissi verir. Dünyanın müxtəlif yerlərində I Avropa Oyunlarının nüfuzunu artırmaq məqsədilə, mənim üçün yaradılacaq imkanı səbirsizliklə gözləyirəm".

İtaliya Olimpiya Komitəsinin prezidenti cənab Covanni Malaqo isə Nikola Kamprianinin idman elçisi olmasını mükəmməl seçim adlandırıb:

"Nikola Kampriani Bakı 2015-in Elçi proqramı üçün mükəmməl seçimdir. Bakı 2015-ə gedən yolda onun Oyunları təbliğ etmək, bütün idmançılarımız üçün coşğu və dəstəyin yaradılması məqsədilə, əlindən gələni edəcəyinə şübhəm yoxdur".

Qeyd edək ki, Bakı 2015-in atıcılıq üzrə yarışları iyunun 16-da yeni tikilmiş Bakı Atıcılıq Mərkəzində başlayacaq. 330 idmançı 3 yarış üzrə 19 medal uğrunda mübarizə aparacaq.

Tarix
2015.05.08 / 11:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla