Yuxarı

Ermənistan da “soyqırım”dan imtina etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistan Türkiyə ilə əlaqələrin normallaşması üçün heç bir zaman 1915-ci il hadisələrini ön şərt olaraq qoymayıb".

Axar.az xəbər verir ki, bu açıqlama ilə Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan çıxış edib. O, Vaşinqton ziyarətindən öncə jurnalistlərin suallarını cavablandırıb:

"Ermənistan Türkiyə ilə əlaqələrin normallaşması üçün heç bir zaman 1915-ci il hadisələrini ön şərt olaraq qoymayıb. Türkiyə ilə əlaqələrin normallaşması məsələsində bizim heç bir ön şərtimiz yoxdur. 2009-ci ildə Türkiyənin xarici işlər naziri Əli Babacanla İrəvanda çox uğurlu görüşümüz oldu və sərhədlərin açılması ilə bağlı ölkələrimiz arasında iqtisadi əlaqələrin normallaşmasını təmin edəcək iki protokol imzaladıq. Türkiyə protokolları təxirə saldı və indi yenə başladığımız yerə qayıtdıq".

Jurnalistlərin Ermənistanın Türkiyədən torpaq tələb etməsi ilə bağlı sualına isə Nalbandyan belə cavab verib:

"Bu iddianı Türkiyə ortaya atıb. Ermənistan heç bir zaman Türkiyədən torpaq tələb etməyib".

Qeyd edək ki, Ermənistan rəhbərliyi dəfələrlə əlaqələrin normallaşması üçün Türkiyənin 1915-ci il hadisələrini "soyqırım" kimi tanımaq məcburiyyətində olduğunu açıqlayıb.

Tarix
2015.05.08 / 10:28
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla