Yuxarı

“10 gün ANS-dən bayıra çıxmadım...” – Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir dönəm Azərbaycan musiqisində "Təlqin" mahnısı ilə şöhrət qazanan "Qan" qrupu hazırda fəaliyyətini dayandırıb. Qrup dağılsa da, ifa etdiyi mahnılar hələ də çoxları tərəfindən sevilərək dinlənilir.

Axar.az "Qan" qrupunun zərbçisi Fərdi Ramazanovla qrupun yaranma tarixi, fəaliyyəti və dağılma səbəbi haqda söhbət edib:

Verilişlərdə çıxış etmirdik, amma...

– Əvvəlcə, lap başdan başlayaq. "Qan" qrupu necə yarandı? Kimin ideyası idi və necə oldu ki, sən bu qrupa qoşuldun?

– Vahid Mustafayevin ideyası idi. ANS telekanalının layihəsi... Mən Türkiyədən qayıdanda "Ferrum" qrupunun üzvü İlkin Məhəmmədli məni çağırdı və bir musiqi qrupuna kömək etmək lazım olduğunu dedi. ANS telekanalına getdim və 1 saatlıq ifada zərbçi kimi qrupa köməklik göstərdim. Bundan sonra mənə yenidən zəng edib qrupa qoşulmağımı təklif etdilər. Şərtlər və qonorar məni qane etdiyindən layihə təklifini qəbul etdim.

– Qrup yaranandan sonra fəaliyyətiniz nədən ibarət oldu? Mən bildiyimə görə, sizin konsertləriniz də baş tutdu.

– Qrup ANS telekanalının və birbaşa Vahid Mustafayevin olduğuna görə biz kanalın qrupu kimi fəaliyyət göstərirdik. Konsertlər isə daha çox kanalın təşkil etdiyi tədbirlərdə olurdu.

– Amma ANS-in verilişlərində yer almırdınız...

– Hə, verilişlərdə çıxış etmirdik, amma tədbirlərdə – məsələn, Xocalı tədbirində, Çingiz Mustafayevin anım mərasiminə həsr olunmuş günlərdə – bir neçə dəfə çıxış etmişik. Tez bir zamanda məşhurluq qazanan və Vahid Mustafayevin sözlərinə yazılan "Təlqin" mahnısını ilk dəfə Çingiz Mustafayevin anım mərasimində ifa etmişik.

Şərtlərimizi demişdik, rəhbərlik də razılaşmışdı...

– Mahnılardan söz düşmüşkən, ifa etdiyiniz mahnıların müəllif hüquqları kimə aid idi? Özünüz yazırdınız?

– Çox vaxt Vahid Mustafayev özü də mahnıların yazılmasında və seçilməsində birbaşa iştirak edirdi. Eləcə də, məşqlərimizə qoşulurdu.

– Qrup qısa zamanda məşhurluq qazandı. Çoxları sizi dinləyir və sevirdi. Bəs "Qan" qrupu niyə parçalandı?

– Qrup başqa formata keçmək qərarına gəldi və mən də buna görə ayrıldım. Çox keçmədi ki, bütün üzvlər ayrıldı. Yəni qrup üzvləri arasında heç bir anlaşılmazlıq və ya problem yaranmadı. Sadəcə, şəxsi zəmində meydana gələn problemlər, hərənin öz qayğıları və dəyişən format bizi bu addımı atmağa məcbur etdi.

– Qrupun qonorar məsələsinə görə dağıldığını deyirdilər. Bu haqda nə deyə bilərsən?

– Yox, qrupda fəaliyyətim boyu heç bir maddi problem yaşamadım və qonorarımızı vaxtı-vaxtında kartımızı salıb bankdan götürürdük. Çünki qrupa gəldiyimiz ilk gündən hamımız öz şərtlərimizi demişdik və rəhbərlik bu şərtləri qəbul etmişdi.

Bütün diqqət Minaya yönəlmişdi

– Mina ilə olan layihəniz rezonans doğurdu. Bu layihədə "Qan" qrupu artıq rok formatından ayrılıb, başqa bir formata keçdi...

– Mina Vahid Naxışın "Qan" qrupuna kömək etmək üçün yaratdığı layihə idi. Minanı isə keçirilən kastinqlərdə seçdilər.

– Mina ilə işləmək necə idi?

– Qrup Mina ilə işləməyə başlayanda mən artıq qrupdan ayrıldım. Bu format mənlik deyildi. Artıq qrupa ehtiyac duyulmurdu. Bütün diqqət yönəlmişdi Minaya. Artıq publikaya işləməyə başlanılmışdı və format dəyişmişdi.

– Bəs özün bu layihə – Mina haqda nə düşünürsən?

– Heç nə. Sadəcə, deyə bilərəm ki, bu, düzgün format deyil. Nə popdu, nə pankdı, nə repdi – qeyri-müəyyən bir şeydir. Məsələ heç onun yaxşı və ya pis olmağından getmir. Məsələ izləyicinin nə tələb etdiyi və nə yaratdığıdır. Minanı izləyici özü yaradıb. Yaradıcılıq tamam başqa şeydir. Amma şəxsi münasibətlər yaradıcılığa təsir göstərməyə başlayanda bu, artıq yaradıcılıq və incəsənət olmur, şəxsi münasibətlər olur.

Erməni gənclər müharibə istəmirlər

– Əvvəl "Unformall" qrupunun tərkibində idin. Ordan niyə ayrıldın?

– Mən 2003-2004-cü illərdə ilk təcrübəmi "Unformall" qrupunun tərkibində qazanmışam. Qrupun zərbçisi əsgərlikdə olduğundan mən orada müvəqqəti fəaliyyət göstərdim. Sonra isə "Ferrum" qrupuna qoşuldum. "Ferrum"la birgə biz Gürcüstanda rok festivalında Azərbaycanı da təmsil etmişik. Orada gürcü, erməni və çoxsaylı Avropa qrupları da iştirak edirdi.

– Erməni musiqiçilərlə aranızda problem yaşanmadı ki?

– Yox, gənclər müharibə istəmir. Gənc gəncdir və onun heç bir siyasi oyunda günahı yoxdur. Siyasətçilər dəyirmi masa arxasından əmr verir, ortada gənclər gedir. "Rock-n-roll" daha tolerantdır.

– İndi nə ilə məşğulsan?

– Hazırda fərqli qrupların tərkibində klublarda çıxış edirəm, indi yalnız kommersiya düşünürəm. "Higgins" qrupunun tərkibində "Pasifico"da Arda ilə türk qrupunun tərkibində Caz mərkəzində çıxış edirdim. Bir sözlə, hara çağırsalar, ora da gedirəm və müxtəlif musiqiçilərlə birgə işləyirəm.

– "Qan" qrupunun yenidən bir araya gəlməsi mümkündürmü? Kanalın tədbirlərinə dəvət edilsən və ya yenidən birləşmək təklifi gəlsə, necə qarşılayarsan?

– Bilirsən, əgər xalqa roku sevdirmək istəyirdinsə, bunu başqa cür etməli idin. Rok tam başqa bir sferadır. Dəyişdirilən formatın adı rok deyildi. Rokla reytinq toplamaq olmurdu, Mina isə onlara sərf etdi, reytinqi qaldırdı. Heç kimə maraqlı deyildi ki, mən "Təlqin" mahnısında nə qədər əziyyət çəkmişəm, albom yazılışlarına görə 10 gün bütün sutkanı ANS-in studiyasında keçirmişəm. Bunları bilmirlər...

– Bəs gələcəklə bağlı hansı planların var?

– Hələ ki, bilmirəm. Almaniyadan yeni gəlmişəm və yenidən ora qayıtmağı planlaşdırıram. Artıq orda işləyib, orda yaşayıram. Almaniyada konservatoriya təhsili haqda da düşünürəm.

Tarix
2015.05.08 / 09:59
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla