Yuxarı

Sahibin ölümündən bir il ötdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Avropa.info-nun mərhum əməkdaşı Sahib İslamovun faciəli vəfatından bir il ötür.


Sahib İslamov 1977-cu ildə Şamaxı rayonunda anadan olub. "Avrasiya", "Günaydın", "Azadlıq" kimi nüfuzlu qəzetlərdə çalışıb. Mərhum Sahib İslamovun son iş yeri isə Avropa.info xəbər portalı olub.


Zəhmətkeş, həyatın bütün acılarına baxmayaraq hər zaman gülərüzlüyü ilə fərqlənən Sahib İslamov 2013-cü ilin noyabr ayının 1-də maşın vurması nəticəsində komaya düşmüşdü. Ötən ilin may ayının 8-də isə Sahib İslamov səhər saatlarında dünyasını dəyişdi. 


Ağır yol qəzası keçirən Sahib İslamov 6 ay komada oldu. Jurnalist Xocasən yolunda dayanacaqda avtobus gözləyərkən yoldan yüksək sürətlə keçən avtomobil onu vuraraq yolun kənarına atmışdı. Dərhal da qəza törədən avtomobil sürücüsü onu Musa Nağıyev adına xəstəxanaya çatdırmışdı. 


S.İslamov ağır müştərək qapalı beyin travması, baş beyinin əzilməsi, sağ bazu sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, sol bud sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, çanaq sümüklərinin sınığı, döş qəfəsinin əzilməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin son rəyi nəticəsində bəlli olmuşdu ki, Sahib İslamovun beyin hüceyrələri ölüb və dünyanın heç bir yerində bu xəstəliyin müalicəsi yoxdur.


Sahib İslamovun ölümündən sonra həyatda 3 yaşlı oğlu yadigar qaldı. 90-ci illərin son dönəmlərində jurnalistikada olanlar mərhum  jurnalisti  yaxşı xatırlayırlar. Kimsə onun əlindən və ya dilindən zərər görməzdi. Hamını təmənnasız olaraq sevən Sahibi təəssüf ki, həyatda sevən az idi...


Allah rəhmət etsin!

Tarix
2015.05.08 / 01:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla