Yuxarı

“Cəngi” fransızları heyrətə saldı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə Parisin "Goethe" xarici mədəniyyətlər institutunun konsert salonunda "Cəngi" etno-caz ansamblı yenidən fransız musiqisevərlərin qonağı olub.

AzərTAc xəbər verir ki, konsertdə çıxış edən Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov ansamblın Parisdə ikinci dəfə çıxış etdiyini xatırladıb. Bildirib ki, ansamblın Azərbaycanın Mədəniyyət Mərkəzində təşkil olunan birinci konserti tələbkar fransız tamaşaçılarının böyük marağına səbəb olub.

"Cəngi" ansamblının ifasında səslənəcək caz musiqisinin otuzuncu illərdə Azərbaycanın musiqi aləminə daxil olduğunu diqqətə çatdıran E.Əmirbəyov UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən muğam musiqisi ilə cazın sintez olunduğunu bildirib. Qeyd edib ki, bunun sayəsində caz-muğamın yaranıb, bu sahədə tanınmış cazmenlərdən Vaqif Mustafazədə və Rafiq Babayevin xüsusi əməyi olub. Məhz onların ifaçılığı sayəsində caz-muğamı geniş yayılıb, yeni istedadlı gənc virtuaz ifaçılar yetişib.

"Cəngi" ansamblının 1992-ci ildə bəstəkar Rafiq Babayev tərəfindən yarandığını xüsusi vurğulayan səfir, 2002-ci ildən ona Respublikanın Əməkdar Artisti Mircavad Cəfərovun rəhbərlik etdiyini, istər ölkəmizdə, istərsə də beynəlxalq səhnələrdə uğurla çıxış edən ansamblın zəngin repertuarında ənənəvi milli janrlara üstünlük verildiyini bildirib.

Ansamblın ifa etdiyi müxtəlif musiqi nömrələri və gənc müğənni Arzu Həsənlinin oxuduğu mahnılar tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Konsertdə senatorlar, Fransa ictimaiyyətinin nümayəndələri, Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin əməkdaşları, diaspora təmsilçiləri iştirak ediblər.

Tarix
2014.11.14 / 09:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla