Yuxarı

Yüksəl Dəyərcan: “CNN Türk-ə görə təəssüf edirəm” - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"CNN Türk kanalının verdiyi xəbərdən açıqca görünür ki, xəbər qaynağı olaraq Türkiyə və Azərbaycan agentlikləri seçilməyib".

Bu sözləri Axar.az-a TRT-nin Bakı bürosunun müdiri Yüksəl Dəyərcan Azərbaycan Ordusunun Ermənistan helikopterini vurması xəbərini Türkiyənin CNN Türk kanalının "Azərbaycan Ordusu Dağlıq Qarabağa aid helikopteri vurdu" sözləri ilə işıqlandırmasını şərh edərkən deyib.

Y.Dəyərcan qeyd edib ki, Türkiyə mediasının bir-ikisi istisna olmaqla, böyük əksəriyyəti Türkiyə ilə Azərbaycanı həqiqi mənada bir millət iki dövlət olaraq görür:

"Eynən Azərbaycanda olduğu kimi. Türkiyə ilə Azərbaycanın qardaşlığı, dostluğu, xarici siyasəti, hadisələrə baxışı, çıxarları demək olar ki, eynidir. Türkiyə mediası bunun fərqindədir. Təkcə bu hadisəni deyil, hansı mövzuda olursa olsun, hadisəni Azərbaycanın və Türkiyənin baxış bucağı ilə verir. Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisədə də eynisi oldu".

Y.Dəyərcan əlavə edib ki, CNN Türk-ün mövqeyini doğru hesab etmir:

"CNN Türk-ə baxmamışam, hadisəni necə nümayiş etdirib, necə şərh edib - bilmirəm. Amma xəbəri hansı baxış bucağından şərh etdiyi önəmlidir. Yəni, xəbər qaynağını haradan alıb. CNN-nin kökənini bilirsiniz. Açıqca görünür ki, xəbər qaynağı olaraq Türkiyə və Azərbaycan agentlikləri seçilməyib. Yəni beynəlxalq xəbər kanalı olan CNN Türk Türkiyədə fəaliyyət göstərməyinə baxmayaraq, Amerikan qaynaqlı xəbər yayımlamağa üstünlük verir. Ya da xəbəri hazırlayan adamın və ya müdirin şəxsi fikirləri ilə xəbər hazırlayır. Halbuki BMT-nin də Qarabağın Azərbaycan torpağı olduğunu bildirən 4 qərarı var. CNN Türk kanalının etdiyi bu hərəkət xəbərçilik deyil. Öz adıma mən də bunu xoş qarşılamadım. Təəssüf edirəm buna görə".

Qeyd edək ki, dünən Ağdam rayonu ərazisində Ermənistan vertolyotunun Azərbaycan mövqelərinə hücum cəhdinin qarşısının alınması zamanı ordumuz tərəfindən məhv edilməsi xəbərini Türkiyənin bəzi kanalları fərqli formada şərh edib. Belə ki, CNN Türk kanalı hadisə ilə bağlı hazırladığı sujetdə Azərbaycan Ordusunun Erməni helikopterini deyil, qondarma Dağlıq Qarabağa aid helikopteri vurması kimi şərh edib və aradan keçə müddət ərzində hələ də yanlış xəbərinə düzəliş verməyib.

Tarix
2014.11.13 / 23:18
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla