Yuxarı

Ermənistandan partladılan helikopterlə bağlı müdhiş yalan - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ordusu tərəfindən vurulan helikopterin pilotlarından biri – Sergey Saakyanın tərcümeyi-halı sosial şəbəkələrdə yayılıb.

Axar.az xəbər verir ki, partlayış nəticəsində ölən mayor Sergey Saakyanın Vkontaktedəki profilində onun 1976-cı ilin 9 avqustunda İrəvanda doğulduğu və burada yaşadığı qeyd olunub. Profilindən aydın olur ki, mayor Saakyan İrəvandakı Marşal A.Xanferyanç adına Hərbi Akademiyanı bitirib. O, 1996-cı ildə Ermənistan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinə qəbul edilib və ölən günə qədər Ermənistan Silahlı Qüvvələrində xidmətdə olub.

Qeyd edək ki, Azərbaycan ordusunun Ermənistan helikopterini vurmasından sonra üç zabit - mayor Sergey Saakyan, leytenant Sarkis Nazaryan və leytenant Azat Saakyanın öldüyü bəlli olmuşdu.

Ermənistan tərəfi hadisədən dərhal sonra ənənəvi olaraq yanlış informasiya yayaraq, helikopterin Dağlıq Qarabağ separatçılarına aid olduğu və İrəvanla heç bir bağlılığı olmadığını bildirmişdi. Ermənistan bu yalan informasiya ilə Azərbaycanın işğal altındakı ərazilərində hərbi hava manevrləri təşkil etmədiyini göstərməyə mənasız bir cəhd edir.

Fotonu təqdim edirik.

Tarix
2014.11.13 / 16:21
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla