Yuxarı

“Sehrli xalat”ın Zərifəsi: “Valideynlərim qoymadı”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sehirli xalat" filminin 50 illik yubileyində iştirak edən əfsanəvi Zərifə obrazının ifaçısı Solmaz Hətəmova ötən illərdən söhbət açıb.

Solmaz xanım Axar.az-a filmə çəkildiyi vaxt 13 yaşının olduğunu bildirib:

"Bu film üçün gəlib bizi məktəbdən seçmişdilər. Çox yaxşı xatırlayıram. Hərdən o filmə baxanda ona bir film kimi yox, elə baxıram, elə bil orada baş verənləri gerçəkdə yaşamışam. Filmin hər dəqiqəsi mənə uşaqlıq illərimi xatırladır. Sözün düzü, mənim hansısa filmə çəkilmək marağım olmayıb, amma "Sehirli xalat" filmindən təklif gələndə razılaşdım. Bu isə ilk və son dəfə çəkildiyim film oldu. Əslində, sonradan filmlərə çəkilmək istəyirdim, ancaq valideyinlərim icazə vermədilər. Onu deyim ki, uşaq vaxtı musiqi məktəbində oxumuşam. Gözəl də səsim vardı. Xanəndə olmaq istəyirdim; ona da icazə vermədilər. Sonra həkim olmaq istədim, o da alınmadı. Neft Akademiyasına daxil oldum".

Zərifə xanım filmdə rol almış aktyorlardan da söz açıb:

"İndi, demək olar ki, o filmdə rol alan aktyorların çoxu dünyasını dəyişib! Qalan dostlarla da çox gec-gec görüşürük. Daha çox Almaz Mustafayeva ilə ünsiyyətimiz olur. Bəzi dostlarımız isə xaricdə yaşayır".

Xatırladaq ki, bir neçə nəslin sevimli ekran əsəri olan və Kinostudiyanın ən uğurlu uşaq filmlərindən sayılan "Sehrli xalat"ın yubileyi noyabrın 5-də qeyd edilib.

Tarix
2014.11.13 / 14:29
Müəllif
Nigar İsmayılqızı
Şərhlər
Digər xəbərlər

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

Bakı ilə sülh qısa zamanda imzalanmalıdır - Ərdoğan

ABŞ-ın İrəvandakı səfirindən Bakı ilə razılaşmaya reaksiya

Azərbaycandakı türk şirkətlərinin sayı açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla