Yuxarı

Qatil həkim Fərəcullah İdrisova cinayət işi başlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həkim terroru nəticəsində dünyasını dəyişən tənqidçi Elnarə Tofiqqızının ölümündə təqsirli bilinən həkim Fərəcullah İdrisovla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.

Bu barədə Axar.az-a zərərçəkən Anar Niftəliyevin vəkili Səməd Vəkilov məlumat verib. O bildirib ki, sözügedən ölüm faktı ilə bağlı cinayət işi Bakı Şəhər Prokurorluğunda yekunlaşıb və anestezioloq Firuz İbrahimov CM-nin 124.1 və 320.1 maddələri ilə təqsirləndirilərək, baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilib, amma əməlində dələduzluq halları aşkarlanan F.İdrisovun işi araşdırılmaq üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilib.

İşin müstəntiq Eivin Əsgərovun icraatına verildiyini deyən S.Vəkilov yaxın vaxtlarda bununla bağlı istintaqa başlanılacağını bildirib:

"Bu gün Elvin Əsgərovla görüşmüşük. Müstəntiq hazırda iş materialları ilə tanış olur. Yaxın vaxtlarda zəruri istintaq hərəkətlərinin həyata keçirilməsinə başlanacaq".

Onu da deyək ki, E.Tofiqqızının həyat yoldaşı A.Niftəliyev mediaya açıqlamasında əməliyyatda iştirak edən həkimlərin işləmədiyi özəl müəssisədə qanunsuz əməliyyat aparmasının Bakı Şəhər Vergilər Departamentində də araşdırıldığını bildirib:

"Hazırda müstəntiq onkoloq həkim Mahir Məmmədovun kənarda qanunsuz əməliyyatının vergi qanunvericiliyi ilə tənzimlənmədiyini aşkarladığı üçün onun işi həm də Bakı Şəhər Vergilər Departamentinin istintaq idarəsinə göndəribilib".

Xatırladaq ki, mərhum E.Tofiqqızı ötən il sentyabrın 20-də "Medi Sina" klinikasında əməliyyat zamanı dünyasını dəyişib.

Tarix
2014.11.13 / 12:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin Berbokla görüşü keçirilir

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla