Yuxarı

Kompüter oyunu üzrə çempionat keçirilir

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ilk dəfə Kompüter Oyunları üzrə Dünya Çempionatı keçirilir.

Rabitə və Yüksək Texnologiyaları Nazirliyindən Axar.az-a verilən məlumata görə, Azərbaycanda Kompüter Oyunları üzrə VI Dünya Çempionatı (6-th e-Sport World Championship BAKU) başlayır. Ölkədə ilk dəfə keçirilən çempionat noyabrın 17-dək davam edəcək. Beynəlxalq Kiber İdman Federasiyasının (International e-Sports Federation) himayəsi altında dünya kiber idmançılarını bir araya gətirən möhtəşəm tədbir "Crystall Hall"da təşkil olunub.

Tədbirin təşkilində əsas məqsəd kiberidmanı Azərbaycanda populyarlaşdırmaq, həmçinin gənclərin müasir informasiya-kommunikasiya texnologiyalarına və kompüter texnikasına marağını artırmaqdan ibarətdir.

Oyun nizamnaməsinin rəsmi qaydalarına uyğun olaraq, Beynəlxalq Kiber İdman Federasiyasının (IeSF) Təşkilat Komitəsi yarışların kişilər və qadınlar arasında iki növ üzrə keçirilməsini təmin edir. Çempionata ev sahibliyi edən ölkənin isə əlavə 3-4 növə namizədliyini irəli sürmək hüququ var.

Xatırladaq ki, bundan öncə Təşkilat Komitəsi qadınlar və kişilər üçün ayrıca oyunlar keçirirdi. Lakin çoxsaylı müraciətlər nəzərə alınaraq, bundan sonra kişilərin yarışlarının açıq elan edilməsi qərarı qəbul edilib. Beləliklə, artıq həmin növdə qadınlar da öz qüvvələrini sınaya biləcəklər. Qadınlar arasında yarışlar isə əvvəlki tək dəyişməz olaraq qalıb.

Qeyd edilən dəyişikliklərin qəbul olunduğu andan dərhal qüvvəyə minməsi və VI Dünya Çempionatı, eləcə də Milli Seçim Oyunlarında tətbiq edilməsi məqbul hesab olunub.

Dünya Çempionatında ölkəmizə 5 yer ayrılıb. Azərbaycan idmançıları finalda fərdi "Tekken Tag Tournament 2", "Starcraft 2", "Hearth Stone", "Super Street Fighter IV" növləri, komanda yarışlarında isə "Dota 2" (5x5) növündə təmsil edəcəklər. Qaliblərin mükafatlandırılmasına gəldikdə, Kompüter Oyunları üzrə 6-cı Dünya Çempionatında "IeSF"in tarixi ərzində ən böyük mükafat fondu (100. 000 ABŞ dolları) müəyyən edilib.

Tarix
2014.11.12 / 12:10
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla