Yuxarı

Prezidentin qızı Avstraliyada – Foto

Ana səhifə Foto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Avstraliyada ətraf mühit və biomüxtəlifliyin qorunması işləri ilə tanış olub.

Axar.az xəbər verir ki, bu barədə Heydər Əliyev fondunun rəsmi saytında məlumat verilib.

Məlumata əsasən IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ətraf mühitin və biomüxtəlifliyin qorunması sahəsində bir sıra görüşlər keçirib. Bu ölkənin bir sıra məşhur milli parklarını ziyarət edən Leyla Əliyeva Avstraliyanın zəngin biomüxtəlifliyi ilə yaxından tanış olub.

Heyvanların artırılma mərkəzlərinə baş çəkən Leyla Əliyevaya yox olma təhlükəsi ilə üzləşən heyvanlar, onların bərpa olunması üçün tətbiq olunan üsullar, belə heyvanların sayının artırılması vasitələri, həmçinin bu sahədəki qabaqcıl texnologiyalar barədə məlumat verilib.

Azərbaycanda nəsli kəsilməkdə olan heyvanlar haqda, eyni zamanda bu problemin aradan qaldırılması məqsədilə IDEA İctimai Birliyi tərəfindən görülən tədbirlər barədə məlumat verən Leyla Əliyeva nəsli kəsilməkdə olan heyvanların qorunması istiqamətində bir sıra beynəlxalq təşkilatlarla birgə iş aparıldığını bildirib.

Həmin görüşdən olan maraqlı görüntüləri sizə təqdim edirik:

Tarix
2014.11.12 / 11:43
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla