Yuxarı

Saakaşvilinin yaxını: “Azərbaycanlı liderlər dəvəquşu kimi...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Saakaşvilinin hakimiyyəti dövründə heç vaxt minarələr, məscidlər dağıdılmayıb, imanlı insanlara qadağalar qoyulmayıb, mədrəsələrin qarşısına donuz başı asılmayıb".

Axar.az xəbər verir ki, bu açıqlama ilə eks-prezident Mixail Saakaşvilinin Gürcüstan Vahid Milli Hərəkat Partiyasının üzvü, keçmiş deputat Ramin Bayramov çıxış edib.

O, Saakaşvili dövründə həll olunmamış məsələlərin qaldığını bildirib:

"Bəzi radikal qruplar var idi ki, onlar Bolnisi rayonu Faxralı kəndində məscidin restavrasiyası ilə bağlı provokasiyalar həyata keçirirdilər. Amma orada da dövlət nəzarəti öz əlinə aldı. Dövlət öz vədinə əməl etdi. Saakaşvili dövründə az məscid tikilməyib, amma onların sayı min də olmayıb. O zamankı müxalifətin nümayəndələri və bəzi dini liderlər hay-həşir salaraq, xristian elektoratı prezidentə qarşı qoymağa çalışırdılar. Əlbəttə, bəzi problemlər həll edilməz qaldı. Məsələn, Bolnisi kəndlərindəki toponimlərlə bağlı məsələ mən və mənim həmkarlarım tərəfindən qaldırılsa da, heç kim bununla bağlı məsuliyyəti üzərinə götürmədi. Belə ki, burada bir tərəfi razı salanda digər hissə elektoratı itirmiş olurdun. Amma problem təkcə bunda deyildi. Bu rayonda stabil vəziyyətdə münaqişə ocağı yaratmaq üçün şərait var idi ki, ondan da üçüncü qüvvələr istifadə edə bilərdilər. Ona görə atılacaq addımlar çox riskli idi və heç kim məhz buna görə məsuliyyəti üzərinə götürmürdü. Məhz bu məsələdən istifadə edən "Gürcüstan Arzusu"nun nümayəndələri olan etnik azərbaycanlılar o zaman müxalifətdə dayanaraq, bizim bütün günahlara məsuliyyət daşıdığımızı bildirirdilər. Halbuki indi həmin insanlar mühüm vəzifələrdə özlərinə yer ediblər. Bu gün onlar belə məsələlərdən danışmağa qorxurlar və dəvəquşu kimi başlarını qumun içinə soxublar".

Tarix
2014.11.12 / 09:32
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla