Yuxarı

Azərbaycanlılar İrəvan Milli Bankını talayıb? - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanın hakerləri Ermənistanın Mərkəzi Bankının serverlərini sındırmayıb".

Axar.az Reqnum agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı Ermənistanın Mərkəzi Bankının Mətbuat Xidməti yayıb.

Bank hazırda serverlərinin qorunduğunu bildirib:

"Mərkəzi Bank bəyan edir ki, bankın serverləri etibarlı müdafiə altındadır. Serverlərdən heç bir informasiya çıxarılması yoxdur və bütün hücumların hər biri uğurla neytrallaşdırılıb. İnternetdə peyda olan arxiv məlumatlar isə aktuallığını itirib, köhnəlib və yalan xarakteri daşıyır. Bankın mütəxəssisləri hazırda internetdə yayılmış məlumatların mənbəyini öyrənməyə çalışır".

Qeyd edək ki, bir müddət öncə informasiya təhlükəsizliyi üzrə ekspert Samvel Martirosyan öz bloqunda Azərbaycan hakerlərinin Ermənistan Mərkəzi Bankının sənədlərini ələ keçirdiyini bildirmişdi. Martirosyan ələ keçirilən faylların həcminin 2.4GB olduğunu, tərkibində isə məktub, müqavilələr və digər şeylərin yer aldığını qeyd etmişdi. O, saytın azərbaycanlı hakerlər tərəfindən 11 sentyabrda dağıdıldığını söyləmişdi.

Onu da xatırladaq ki, azərbaycanlı hakerlər məlumatlarını antiarmenian.org saytında bölüşüblər (Fotolarda).

Tarix
2014.11.12 / 00:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla