Yuxarı

Nişanlı cütlüyün bir yerdə faciəvi ölümünün - Təfərrüatı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftənin ən qara xəbərlərindən biri nişanlı cütlüyün Yusifə Mirzəyeva və Ceyhun Ələsgərovun bir evdə dəm qazından boğularaq ölməsi oldu.

Lakin təəssüf ki, sosial mediada bu gənclərin nakam ölümü deyil, bir evdə boğulması əsas müzakirə mövzusuna çevrildi, haqlarında müxtəlif şaiyələr yayıldı. Onların hər ikisinin dindar olması isə söz-söhbətin daha da böyüməsinə gətirib çıxardı.

FaktXəbər-in redaksiyası ilə əlaqə saxlayan hadisə şahidlərindən biri – Güllü xanım bu məsələdən narahat olaraq təfərrüat barədə məlumat verib. Onun sözlərinə görə, nişanlı cütlükləri, əsasən də qızı şəxsən tanıyıb:

"Yusifə və qardaşı yetim idilər, anaları-ataları ölmüşdü. Qardaşı da hicab məhbusu olub, həbsxanadan təzə çıxmışdı. Onların ev şəraiti bərbad vəziyyətdə idi".

Güllü xanımın bildirdiyinə görə, faciə baş verən gün qız hamamda paltar yuyurmuş:

"Rəhmətlik çox arıq və çəlimsiz qız idi. Nişanlısı da gəlib görüb ki, qız paltarı yumaqda əziyyət çəkir, başlayıb ona kömək etməyə. Yəqin ki, qaz da bir yerdən sızırmış. Bunlar da dəm qazından boğulublar".

Güllü xanım onu da əlavə edib ki, hadisə deyildiyi kimi gecə saatlarında baş verməyib: "Faciə saat 8 radələrində olub. Qardaşı gələndə görüb ki, bacısı bir tərəfdə əlində paltar sıxan yerdə yıxılıb, nişanlısı da digər tərəfdə. Artıq gec idi, çoxdan keçinmişdilər".

Xatırladaq ki, Bakı şəhər sakinləri, 1992-ci il təvəllüdlü Yusifə Yusif qızı Mirzəyeva və nişanlısı, 1990-cı il təvəllüdlü Ceyhun Qədeş oğlu Ələsgərov evdə dəm qazından boğularaq ölüblər. Hadisə Binəqədi qəsəbəsi Ramazanov küçəsi 2 ünvanında qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2014.11.11 / 15:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla