Yuxarı

Bakıda yalnız vəhhabilərə işləyən sex üzə çıxdı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda kolbasa məmulatlarının istehsalı ilə məşğul olan şirkət haqda sensasion iddialar var. Bu iddialara görə, Xırdalanda "AY-MİN" MMC adlı məşhur firma vəhhabilər üçün hər həftənin cümə günü xüsusi kolbasa buraxılışını həyata keçirir.

Axar.az-a daxil olan məlumata görə, 2010-cu ilin fevralında saxta, haram kolbasa istehsal etdiyinə görə 8 min manat sanksiya ilə üzləşən şirkət xeyli müddətdir ki, yalnız vəhhabilərə satılan xüsusi halal kolbasa məhsulları buraxır.

Məhsullar hər həftənin cümə günü vəhhabilərə çatdırılır və bazara çıxarılmır. Halallıq zəmanəti verilən həmin kolbasaların bahalı və çox dadlı olduğu vurğulanır. Odur ki, vəhhabilər üçün istehsal edilən kolbasaya böyük tələbat olsa da, vətəndaşlara satılmır.

"AY-MİN" MMC-nin "vəhhabi kolbasası" topdansatışda olur və adıçəkilən təriqət üzvləri tərəfindən alınır.

Firmanı təsisçisi iki nəfərdir: Kərəm və Vüqar. Əslən Qubadan olan şəriklər dayı-bacıoğludurlar.

"AY-MİN" brendinin onların qızlarının adından götürüldüyü iddia edilir: Aytac Kərəmin, Minə isə Vüqarın qızıdır.

Əldə etdiyimiz xəbərlərdə şirkətin bir müddət əvvəl üzləşdiyi cərimələrdən sonra adını dəyişərək "Flaqman" qoyduğu, telekanallarda, şəhərin müxtəlif yerlərində olan lövhələrdə reklamı getdiyi bildirilir.

Yada salaq ki, 4 il əvvəl istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə kolbasa məmulatının istehsalı ilə məşğul olan "AY-MİN" MMC-yə 8 min manat maliyyə sanksiyası tətbiq edilib. Ticarət şəbəkəsindən geri yığılmış 132 kiloqram saxta kolbasa məmulatının məhv edilməsi barədə "AY-MİN" MMC-yə icrası məcburi göstəriş verilib.

Belə ki, "Flaqman" əmtəə nişanlı ət məhsullarının avtonəqliyyat vasitələrində yayımlanan reklamlarında və həmin əmtəə nişanlı "Krakovskaya", "Prima", "Gülüstan", "Pəhriz", "Həvəskar" kolbasalarının və "Südlü", "Kürə" sosiskalarının etiketində məhsulların halal olması ilə bağlı ifadələrin verildiyi halda, müəssisədə halal ət məhsullarının istehsalı üçün müvafiq şəraitin olmadığı və həmin məhsulların tərkibində donuz əti və piyi olan məhsullarla eyni istehsalat sahəsində istehsal olunduğu, eyni anbarda saxlanıldığı və eyni nəqliyyat vasitələri ilə daşındığı aşkar olunub.

Tarix
2014.11.11 / 13:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla