Yuxarı

Veteran futbolçular Vasif Talıbova müraciət etdi - Bəyanat

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Futbol Veteranları İttifaqı "Araz Naxçıvan" klubunun Premyer Liqada fəaliyyətini dayandırması ilə bağlı bəyanat yayıb.

Axar.az Qol.az-a istinadən verdiyi məlumata görə, qurumun rəhbəri Oqtay Abdullayevin imzasıyla yayılan bəyanatda deyilir:

"Ölkə başçısı cənab İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı" sürətlə həyata keçirilməkdədir. Futbolumuzda infrastruktur yaradılır, uşaq futbolu inkişaf etdirilir. Bu prosesin tərkib hissələrindən biri də, futbolun kütləviləşməsi ilə bağlıdır. Bu baxımdan uzun illərdən sonra Naxçıvan təmsilçisinin Premyer Liqaya qayıtması Azərbaycan futbol ictimaiyyətini çox sevindirdi. Naxçıvan Muxtar Respublika rəhbərliyi və AFFA-nın dəstəyi ilə yenidən ölkə futbol arenasına qayıdan "Araz Naxçıvan" çempionatımıza rəng qatdı. Lakin bir neçə gün əvvəl "Araz Naxçıvan" Futbol Klubu Azərbaycan Premyer Liqasında mübarizəni dayandırdığını elan etdi. Səbəb kimi də, Naxçıvan klubuna qarşı hakim qərəzinin olması göstərildi.

Azərbaycan Futbol Veteranları İttifaqı olaraq, bu qərardan çox məyusuq. İlk növbədə, ona görə ki, Naxçıvanın futbolsuz qalması yaxşı hal deyil. Eyni zamanda bu qərar UEFA və FİFA-da ölkəmiz haqqında pis rəy formalaşdıracaq. Ona görə də, qurumumuz adından Naxçıvan Muxtar Respublikasının Ali Məclisin sədri Vasif Talıbov cənablarına müraciət etdirik ki, komandanın Premyer Liqada mübarizəni davam etdirməsi üçün köməklik etsin. Çünki Vasif Talıbov həmişə Muxtar Respublikada idmanın inkişafı üçün böyük işlər görüb. İnanırıq ki, bu durumda da Naxçıvanda futbolun yaşaması üçün əlindən gələni əsirgəməyəcək".

Tarix
2014.11.09 / 17:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla