Yuxarı

Türkiyəli general cəbhə bölgəsində - Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşçi səfəri ilə ölkəmizə gələn Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Təyinatlı Qüvvələr komandanı diviziya generalı Zekai Aksakallının rəhbərlik etdiyi nümayəndə heyəti cəbhə bölgəsində yerləşən hərbi birlikdə olub.

Axar.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, türkiyəli qonağı qarşılayan hərbi hissə komandiri hərbi hissənin döyüş hazırlığı, təminatı, şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, sosial-məişət şəraiti haqqında danışaraq son dövrlərdə görülən işlər barədə məlumat verib.

Sonra qonaqlar müdafiənin ön xəttində, düşmənlə birbaşa təmas xəttində yerləşən bölmələrdə olublar.

Diviziya generalı Z.Aksakallı döyüş mövqeyində dayanan hərbi qulluqçularla görüşüb, hərbi xidmətin təşkili, döyüş növbətçiliyinin aparılması ilə maraqlanıb, şəxsi heyət üçün yaradılmış şəraitlə, əsgərlərin yataq və istirahət yerləri ilə tanış olub. O, Ermənistan tərəfindən işğal olunmuş əraziləri döyüş mövqeyindən müşahidə edib və ərazidəki komandirlər onu maraqlandıran sualları cavablandırıblar.

Döyüş postunda xidmət aparan əsgərlərlə görüşdə türkiyəli general Azərbaycan xalqının və eləcə də türk millətinin bu səngərlərdə inamla, ayıq-sayıq xidmət edərək döyüş tapşırığını yerinə yetirən Vətən övladları ilə fəxr etdiyini və qürur duyduğunu bildirib. Torpaqların müdafiəsində və işğaldan azad edilməsində onlara uğurlar arzulayan diviziya generalı Z.Aksakallı deyib: "Mən Azərbaycan əsgərini, onun hərbi texnika, silah-sursatla təminatını yüksək səviyyədə gördüm. Bu məni çox sevindirir. Türkiyə daima Azərbaycanın yanındadır. Azərbaycan və Türkiyə əsgəri yenilməzdir. O, bunu dəfələrlə savaşlarda sübut edib. Ümid edir və inanıram ki, gələcəkdə də belə olacaqdır".

Sonra türkiyəli hərbiçilər ön xətdəki hərbi hissənin təlim poliqonunda olaraq müxtəlif təlim nöqtələrində snayper, minaatanlar və PDM-nın hazırlıq prosesini izləyib və döyüş atışlarını müşahidə ediblər. Diviziya generalı Z.Aksakallı snayper kursları keçən hərbçilərlə görüşərək "İstiqlal" snayper tüfənginin texniki göstəriciləri və döyüş imkanları ilə maraqlanıb.

Qonaqlar həmçinin tank təlim taborunda olaraq müxtəlif zirehli texnikalara baxış keçiriblər. Nümayəndə heyətinin ölkəmizə səfəri noyabrın 8-də başa çatacaqdır.

Tarix
2014.11.08 / 15:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla