Yuxarı

Putin Orta Asiyanı itirir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mərkəzi Asiya ölkələri Rusiyadan imtina edib, Çinə doğru yönəlirlər".

Axar.az xəbər verir ki, bu barədə "Blumberg" agentliyinin araşdırmasında qeyd olunub. Agentliyə görə, Rusiyanın Ukraynaya hücum etməsi Mərkəzi Asiya ölkələrini qorxudur.

"Blumberg" nümunə olaraq, Çin ilə Avropa arasında İpək Yolunu yenidən canlandırmaq üçün Çinin Mərkəzi Asiyanın bütün dəmiryolu, şosse və boru xəttlərinə 16,3 milyard dollarlıq investisiya planlaşdırmasını göstərir.

Pekinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq etmək üçün bir çox səbəbi var. Mərkəzi Asiya ölkələri təbii qaynaqları ilə zəngindir. Məsələn, Qazaxıstan böyük neft istehsalçısı olub. Qonşu Qırğızıstanda bir çox yeraltı mədənləri, Türkmənistanda isə təbii qaz var.

Agentlik xatırladır ki, Putin Qazaxıstan və Qırğızıstanı Gömrük İttifaqına dəvət edərkən, SSRİ dövründə olan əlaqələri bərpa etmək istəyir.

Lakin Rusiya iqtisadiyyatının bugünkü durumunda Putin bu ölkələrə Çin qədər pul təklif edə bilmir. Belə olan halda Rusiya iqtisadiyyatının çöküşü Mərkəzi Asiya ölkələrini Çinə yaxınlaşdırır.

Tarix
2014.11.08 / 12:24
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

DTX Akademiyasında Heydər Əliyevlə bağlı konfrans - Foto

Bolqarıstan liderinin Bakı səfəri başa çatdı

Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident və xanımı Bakıda gimnastika arenasında

İrəvan və Bakı sübut edə bilər ki, sülh üçün... - "Figaro"

Əsədov Əliyevin məktubunu Ərdoğana təqdim etdi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Əsədov Ankarada mühüm iclasda: sənədlər imzalandı

Rusiya-Ermənistan münasibətlərində həlledici an...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla