Yuxarı

Bakı Yol polisindən sürücülərə tıxac müraciəti

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı yol polisi son günlər paytaxtda yaranan tıxaclara aydınlıq gətirdi.

Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə bildirib ki, Bakıda tıxacların yaranması paytaxtın mərkəzi küçə və prospektlərində aparılan əsaslı təmir işləri ilə bağlıdır.

Bu məqsədlə Bakı yol polisi müraciət edib ki, şənbə və bazar günü, o cümlədən Dövlət Bayraq günü ilə bağlı noyabrın 10-nun qeyri-iş günü olmasını nəzərə alaraq sürücülər maksimum dərəcədə şəxsi avtomobillərindən az istifadə etsinlər: "Bu günlər ərzində Bakının mərkəzi yollarında əsaslı təmir işlərinin aparılması, kommunikasiya xətlərinin dəyişdirilməsi, yeni asfalt-beton örtüyünün salınması işi surətləndiriləcək. Sürücülərə də bu işlərin surətlə aparılması üçün avtomobillərindən imkan daxilində istifadə etməmələri tövsiyə edilir".

Tarix
2014.11.08 / 11:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla