Yuxarı

Azərbaycandan 40 vəhhabi ailənin Suriyaya gedişinin - Şok təfərrüatı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycandan ailəsi ilə Suriyaya gedənlərin sayı durmadan artır. Ötən həftə 40 belə ailə Yaxın Şərqdə gedən döyüşlərdə iştirak üçün ölkəni tərk edib. Bu sensasyon statistika nə blef, nə də iddiadır.

Axar.az xəbər verir ki, bu xəvarici ailələr Azərbaycan sərhədlərini keçə bilmək üçün zahiri görkəmlərini dəyişiblər.

Məlumata görə, kişilər saqqalını qırxıb, qadınlar isə niqablarını açıb kosmetikadan istifadə edərək Azərbaycandan çıxmağa nail olublar. Artıq 40 vəhhabi ailənin Türkiyə ərazisinə keçdiyi söylənir.

Bu haqda Füzuli rayonundan olan məcburi köçkün Fərhadovlar ailəsindən AzadXeber.az-a məlumat veriib. Hazırda sözügedən ailənin üç oğlu həyat yoldaşı ilə birlikdə Türkiyə və Suriya ərazisindədirlər.

O da qeyd edilir ki, ümumilikdə Fərhadovlarla birgə, ötən həftə Suriyaya getmək üçün Türkiyə ərazisinə 40-a yaxın azərbaycanlı ailə daxil olub. Ailələrinin bir hissəsi Suriyaya keçməyə nail olsalar da, digərləri hələ ki Türkiyədə gözləyirlər.

Bu ailələrin böyük əksəriyyəti evlərini və əşyalarını sataraq Azərbaycandan birdəfəlik getdiklərini söyləyiblər. Suriyaya gedən Fərhadovların ailə üzvlərinin adlarını təqdim edirik:

Fərhadov Məhəmməd Mehdi oğlu. Təvəllüd: 1982-ci il

Fərhadov Seymur Mehdi oğlu. Təvəllüd: 1984-cü il

Fərhadov Rahidə Çingiz qızı. Təvəllüd: 1989-ci il

Fərhadova Şəfiqə. Təvəllüd: 1989-cu il

Fərhadova Cəmalə Mehdi qızı. Təvəllüd: 1984-cü il

Fərhadov Vüqar Kərəm oğlu. Təvəllüd: 1979-cu il

Ər-arvad olan Fərhadov Vüqarla Fərhadova Cəmalə bu il oktyabrın 25-də Suriyaya keçməyə nail olublar. Yerdə qalanları isə oktyabr ayın 29-da Suriyaya keçə biliblər.

Baş verənlərdən sonra valideynlər və ailələr şoka düşüblər. Məmməd Fərhadov getməmişdən əvvəl evini sataraq öz təriqət yoldaşları arasında bölüb. Fərhadov Seymurun evi isə qayınatasının adına olduğuna görə, yalnız evin əşyalarını sata bilib.

Gedənlərin hər biri ölkəni müalicə adı altında tərk ediblər. Lakin ailə üzvlərinə zəng edərək halallıq istəyiblər və bildiriblər ki, bir daha geri qayıtmayacaqlar.

Tarix
2014.11.07 / 09:58
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla