Yuxarı

“Çox şişirtməməli olduğumuzu demişdim”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Dnepr"lə bugünkü oyundan sonra mətbuat konfransında fikirlərini bildirib.

Axar.az xəbər verir ki, baş məşqçi səhvlər buraxıldıqlarını bildirib:

"Düşünmədiyimiz səhvlərdən qol buraxdıq. Uşaqlara bir o qədər də iradım yoxdur. Kiyevdəki qələbəni çox şişirtməməli olduğumuzu demişdim. Bu, uşaqlara təsir edə bilərdi. Amma indidən sonra qarşıdakı oyunlarda vəziyyətimizi düzəltməyə çalışacağıq".

Q.Qurbanov növbəti oyunlara diqqət yetirəcəyini açıqlayıb:

"Əlbəttə ki, biz də azarkeşlərimizi məyus etməyi istəmirdik. Amma hər bir rəqibə hörmətlə yanaşmalı, ona qiymət verməliyik. Şanslara gəlincə, əvvəlcədən qarşımıza minimum 2-ci yeri hədəf qoymamışdıq. Bəlkə də "Sent-Etyen"lə oyun bundan asan olacaq. Çünki "Dnepr"ə qələbədən sonra Bakıda hardasa yenilgiyə hazır idim.

Çünki azarkeşlər Bakıda da qələbə gözləyirdi. Bu da əlavə məsuliyyət formalaşdırırdı. Şanslarımız hələ qalıb. Qarşıdakı oyunlara baxacağıq. Öz oyunumuzu hər dəfə yaxşılaşdırmağa çalışırıq. Oyun sxemimizdə dəyişiklik olmur. Səfərdə də, evdə də eyni cür mübarizə aparırıq".

Tarix
2014.11.07 / 00:14
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla