Yuxarı

Mosul sakininin İŞİD gündəliyi çap edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İŞİD döyüşçülərinin koalisiya qüvvələrinin hücumları zamanı necə davrandıqlarına diqqət elədim. Onlar hücum zamanı ələ keçirdikləri evlərdə işıqları keçirdirlər və oğurladıqları avtomobillərə minib naməlum istiqamətdə hərəkət edirlər".

Axar.az xəbər verir ki, İŞİD tabeliyində olan Mosulda yaşayan insanların gündəlikləri yayımlanıb. Gündəlikləri yayımlanan şəxslərin adları təhlükəsizlik üçün dəyişdirilib.

Şərti adı Nizar olan Mosul sakininin sözlərinə görə, İŞİD üzvləri şəhərdə yaşayan xristianların hamısının evini məhv ediblər.

Bəzi İŞİD döyüşçüləri Mosulda xristianların salamat qalan evlərində qalmağa başlayıblar. Onlar evdəki hər şeydən özlərininki kimi istifadə edirlər.

Nizarın gündəliyində yer alan qeydləri təqdim edirik:

"Xristian və yezidilərə yoldaşımız deməyə utanırıq. Artıq onlara zəng də edə bilmirik. Sanki onlara qarşı edilən vəhşiliklərə görə, mən, ailəm və dostlarım məsuliyyət daşıyır".

"İŞİD döyüşçülərinin koalisiya qüvvələrinin hücumları zamanı necə davrandıqlarına diqqət elədim. Onlar hücum zamanı ələ keçirdikləri evlərdə işıqları keçirdir və oğurladıqları avtomobillərə minib naməlum istiqamətə doğru hərəkət edirlər. Hava hücumları qurtaranda geri dönürlər".

"Yoldaşlarımızdan biri cəsarət edib onlardan hava hücumu zamanı hara qaçdıqlarını soruşdu. İŞİD döyüşçüləri koalisiya qüvvələrinin hava hücumları zamanı onların evlərini vuracaqlarından qorxurlar. Çünki evlərini ələ keçirdikləri xristianların koalisiya qüvvələrinə evlərinin yerlərini deyəcəklərini düşünürlər".

"Başqa bir yoldaşım İŞİD döyüşçülərinin qaldıqları evlərdə nə etdiklərini öyrənməyə çalışdı. Lakin qapını açıq qoymadıqları üçün heç bir şey öyrənə bilmədi. Onlar küçəyə çıxdıqlarında belə danışmırlar".

"Dostum və mən söz verdik. Şəhərimiz terrorçulardan təmizlənəndə xristianlara aid evlərdən birini təmir edəcəyik. Bununla dünyaya sübut etmək istəyirik ki, burada baş verənlərin heç bir dinə aidiyyatı yoxdur".

Tarix
2014.11.06 / 14:02
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla