Yuxarı

Putin Ukraynanı işğal planını 10 il əvvəl hazırlayıb – İddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya Prezidenti Vladimir Putin hələ 2004-cü ildən Ukraynaya qarşı işğalçılıq planlarının hazırlığına başlayıb".

Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Daxili İşlər nazirinin müşaviri Anton Geraşenko çıxış edib.

O, Putinin Ukrayna xalqının müstəqilliyə can atma əzmindən çəkindiyini bildirib:

"Vladimir Putin hələ 2004-cü ildən Ukraynaya qarşı aqressiv planını həyata keçirməyi planlaşdırırdı. O, Ukrayna xalqının Yanukoviçə qarşı çıxa biləcəyini və ölkənin sözün əsl mənasında müstəqil ola biləcəyinin mümkünlüyünü görmüşdü".

Geraşenkonun sözlərinə görə, Yanukoviç ölkədən qovulandan sonra ordu dağılmışdı və bu da qəsdən edilmişdi:

Son iki Müdafiə naziri Lebedev və Salamatin hardadır? Moskvada. Ukrayna Təhlükəsizlik Xidmətinin son iki rəhbəri Yakimenko və Kalinin hardadı? Moskvada. Bu insanlar Ukraynaya qarşı işləyən insanlar idi".

Xatırladaq ki, daha öncə Anton Geraşenko "Donetsk polis xainlərinə" qarşı 40 cinayət işinin açıldığını söyləyib.

Tarix
2014.09.03 / 15:29
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla