Yuxarı

Rusiya NATO kimi qüdrətli blok yaradır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Osetiyanın Abxaziyadakı səfiri Oleq Bosiev "İzvestiya" qəzetinə verdiyi müsahibəsində bildirib ki, Cənubi Osetiya Rusiya və Abxaziya vahid təhlükəsizlik çevrəsinə daxil olmaq haqqında danışıqlar aparır.

Axar.az rus mediasına istinadən xəbər verir ki, Rusiya və Abxaziya ilin sonunadək dostluq və qarşılıqlı yardım haqqında yeni saziş bağlamağın zəruriliyini müzakirə ediblər. Sazişdə vahid xarici təhlükəsizlik çevrəsi yaratmaq da nəzərdə tutulacaq.

"Hazırda Abxaziya tərəfi ilə birlikdə Cənubi Osetiyanın vahid təhlükəsizlik çevrəsinə qoşulması haqqında Rusiya ilə saziş imkanları işlənib hazırlanır", - deyə Bosiev bildirib.

O, əlavə edib ki, hələ bunun üçtərəfli müqavilə olacağı və ya respublikanın Rusiya və Abxaziya ilə ayrı-ayrılıqda saziş imzalayacağı dəqiq məlum deyil. Diplomat ona da aydınlıq gətirib ki, Rusiya və Cənubi Osetiya ilə belə bir çevrənin yaradılması şərtləri Rusiya və Abxaziya arasındakı şərtləşmələrdən fərqlənəcək.

"Onun məzmunu hələ ki müzakirə olunur, ancaq artıq aydındır ki, buraya ilk növbədə hərbi təhlükəsizlik, daha sonra isə regionlarımızın iqtisadi və informasiya təhlükəsizliyi şərtləri daxil olacaq".

Abxaziya da danışıqlar faktını təsdiqləyib. Abxaziyanın vitse-prezidenti Vitali Qabninin sözlərinə görə, söhbət "NATO kimi və ona müqavimət göstərə biləcək" qüdrətli bir blokun yaradılmasından gedir.

"Hazırkı mərhələdə Cənubi Osetiya tərəfi ilə bizim sazişə qoşulmaq barədə danışıqlar aparılır. Hesab edirik ki, üçtərəfli müqavilənin imzalanması NATO və onun partnyoru Gürcüstanın addımlarına qarşı sağlam cavab olacaq. Gürcüstan NATO-ya daxil olmağa can atır, bundan əlavə də AB ilə assosiasiya haqqında müqavilə imzalayıb".

Abxaziyanın vitse-prezidentinin sözlərinə görə, Cənubi Osetiya artıq payızda təhlükəsizlik çevrəsinə daxil ola biləcək. Cənubi Osetiyanın özü müqaviləni daha tez – artıq ayın sonunda imzalamağa can atır.

Tarix
2014.09.03 / 10:28
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla