Yuxarı

Uran: “Bu videoya baxacaq dərəcədə qüvvətli deyiləm”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsahibimiz ölkəmizdə geniş dinləyici auditoriyası olan və öz dəsti-xətti ilə seçilən reper Urandır. Hazırda Almaniyada yaşayan və əsil adı İbrahim olan reperdən sosial şəbəkə vasitəsilə aldığımız müsahibəni Axar.az-ın oxucularına təqdim edirik:

- Bilirik ki, hazırda Almaniyadasız. Ora getməyinizin səbəbini bizimlə paylaşardınız.

– Qısa olaraq təhsil deyirəm.

- Şəxsi işlərinizlə əlaqədar tez-tez ölkəni tərk edirsiz. Xarici ölkədə yaşamaq sizdə hansısa çətinlik törədirmi?

– Əksinə deyərdim, çətinlik maksimum dil baryeri ola bilər. Bilirsizmi, insane tez uyğunlaşan canlıdır. Darıxmaq olur, amma o, heç bir çətinlik törətmir.

- İbrahimlə Uran arasında hansı oxşar və fərqli xüsusiyyətlər var?

- Oxşar cəhət budur ki, hər ikisi musiqi və futbolu sevir. Fərqli cəhətlər haqqında danışsaq, gərək psixiatra müraciət etmiş olam… İkisi də yaxşı "uşaqdı".

- Ümumiyyətlə, Uran həyatını planlaşdırdığı şəkildə yaşayır, yoxsa?

- Bəzən planlı, bəzən plansız, hadisələrin gedişatından asılıdır. Gözlənilməzlik faktoru var. Arada plansız həyat o qədər yeni təəssürat verə bilər ki, ağzın açıq qalsın.

- Bir vaxtlar "Məndə varam"da Şahin Zirvəylə finala qalmışdınız. Həmin final yetərincə səs-küyə səbəb olmuşdu. Hazırda Şahin Zirvədən xəbəriniz varmı?

- Mən buçıxışın video yazısına baxacaq dərəcədə qüvvətli deyiləm – düz bu günəkimi. Şahindən isə xəbərim yoxdur.

- Özünüzdə sevmədiyiniz xasiyyətiniz hansıdır?

- Həyatdan çox şeyistəməyim.

- Bəs, hazırki həyatınızdan razısınızmı? Həyatınızda nə çatışmır?

- Hər kəs gözəl yaşamaq istəyir. Baxır gözəlliyinə də axtarırsan. Hadisələrin indiki gedişatı məni qane edir. Həyatımdakı çatışmazlıqlar keçərlidir.

- Dünyada bir çox tanınmış reperlər məşhur ifaçılarla duet oxuyur. Bəs Uran hansı dünya ulduzu ilə duet oxumaq istəyərdi?

- İndi beynimdə heç bir dünya ulduzu ilə duet oxumaq fikrimyoxdur. Kitab oxumaq vaxtıdır.

- Və ən sonda sənətinizlə bağlı yeniliklər…

- Bakıda "UranFM" adlı albomun yazılmaları bitdi. Albomun qışda çıxmağı planlaşdırılıb. 15 musiqi parçasından ibarət "UranFM" sayca 5-ci olacaq. Çox güman onlayn təqdimatını edəcəyik.

Tarix
2014.09.03 / 08:00
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla